Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sürücüsüz taksilərə hazırıq?
 Sürücüsüz taksilərə hazırıq?
Cəmiyyət

Sürücüsüz taksilərə hazırıq? — AÇIQLAMA

Xpress.az Redaksiyası 01.04.2026 22:11

Sürücüsüz taksi xidməti bir çox ölkədə tətbiq olunur və sərnişinlər üçün rahatlıq təmin edir. Azərbaycanda isə taksi sürücülərinin sayı kifayət qədər çoxdur və bu sahədə işçi bazarı hələ doludur. Belə bir layihənin həyata keçirilməsi potensial olaraq işsizlik riskini yarada bilər. Eyni zamanda, sürücüsüz taksilərin tətbiqi üçün texnoloji infrastruktur, yol təhlükəsizliyi qaydaları və qanunvericilik kimi bir sıra çatışmazlıqlar mövcuddur.

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, insansız idarəetmə sistemləri, "Android" sistemlərinə, ağıllı və smart sistemlərə əsaslanaraq tətbiq olunur:

"Bu praktikaya ümumi olaraq bir neçə aspektdən yanaşmaq lazımdır. Yəni, taksi və ya istənilən nəqliyyat vasitəsinin idarə edilməsində sürücüyə ehtiyac hələ də vacibdir. Bizdə bu texnologiyalar hələ inkişaf etməyib. Yüksək texnologiyaların inkişafını Yaponiya və ya digər qabaqcıl ölkələrlə bərabər tutmaq mümkün deyil. Eyni zamanda, texnologiya fərqindən əlavə, psixoloji hazırlıq da olmalıdır".

Ekspert bildirib ki, yol infrastrukturu sürücüsüz nəqliyyatın tətbiqi üçün ən vacib amillərdən biridir. İnsansız avtomobillərin təhlükəsiz hərəkəti üçün ara məsafəsinin dəqiq ölçülməsi və texnoloji üstünlüklərin tam təmin olunması vacibdir. Əks halda, infrastrukturun qeyri-mükəmməlliyi nəqliyyat vasitələrinin tezliklə sıradan çıxmasına və ya qəza risklərinə yol aça bilər.

"Yol infrastrukturu da buna uyğun olmalıdır, əks halda nəqliyyat vasitəsinin zədələnməsi və ya tez sıradan çıxması mümkündür.

Hazırda biz bu prosesə tam hazır deyilik. Hazır olduqda isə, düşünmürəm ki, gəlir sahibi, sahibkar üçün fərq olacaq. İstər sürücülü, istər sürücüsüz olsun, sahibkar qazanc əldə edəcək. Buradakı əsas fərq insanların işsiz qalma riski ilə bağlıdır. Mən hesab edirəm ki, texnologiya və elm nə qədər inkişaf etsə də, insan əməyi, psixologiyası və beyni ilə idarə olunan iş yerləri qalmaqda davam edəcək. Zaman-zaman bəzi iş yerləri sıradan çıxsa da, yeniləri ilə əvəz oluna bilər".

Azərbaycanın mövcud yol infrastrukturu və qanunvericilik bazası sürücüsüz taksilərin yaxın gələcəkdə kütləvi tətbiqini çətinləşdirir. Texnoloji yeniliklər qaçılmaz olsa da, bu keçid həm iqtisadi, həm də sosial aspektlər nəzərə alınmaqla mərhələli şəkildə reallaşmalıdır. Sürücülərin iş yerlərini itirmə riski və texniki çatışmazlıqlar aradan qaldırılmadan bu sistemin tətbiqi hələlik uzaq perspektiv kimi görünür.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək