Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Avtobus qəza törədərsə... –
Avtobus qəza törədərsə... –
Cəmiyyət

Avtobus qəza törədərsə... – Sərnişinlərə sığorta ödənişi bu qaydada EDİLƏCƏK

Xpress.az Redaksiyası 02.04.2026 13:15

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin martın 3-də qəbul etdiyi "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Yenilənmiş qanuna əsasən, aprelin 1-dən ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər bəzi sənədləri təqdim etmək məcburiyyətindədirlər. Tələb olunan yeni sənədlərdən biri də sərnişinlərin fərdi qəza sığortasıdır.

Bəs sərnişinlərin fərdi qəza sığortasını hansı tərəf icra edəcək?

Suala aydınlıq gətirən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov Bizim.Media-ya deyib ki, sərnişinlərin fərdi qəza sığortası əslində icbaridir:

“Bu sığorta növünü yeni qaydalara görə hər bir daşıyıcı əldə etməlidir. Yəni bundan sonra yerüstündə sərnişin daşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər ilkin şərtlərdən biri kimi sərnişinlərin qəza sığortasını əldə etməlidirlər”.

Sərnişinlərin fərdi qəza sığortası nəyə təminat verir?

Müsahibimiz bildirib ki, sərnişinlərin fərdi qəza sığortası insanları hər cür bədbəxt hadisədən maddi cəhətdən sığortalayır:
 

“Sərnişin fərqi yoxdur dayanacaqda, platformada və yaxud avtobusda xəsarət alarsa, o zaman həmin şəxs sığorta ödənişi ala bilər. Nəzərə alaq ki, bu tip qəzalarda sərnişin sağlamlığını da itirə bilər. Ona görə də yeni qaydalara görə bütün qəzalar sığortalanacaq və hadisənin ölçüsünə görə də zərərçəkmişə ödəniş ediləcək.


Sərnişinlərin fərdi qəza sığortası avtomobilin icbari sığortasından onunla fərqlənir ki, icbari sığortada yalnız avtomobillərdə zərər görmüş sığorta ödənişi ala bilirdi. Amma sərnişinlərin fərdi qəza sığortasına görə bütün nəqliyyat növlərindən istifadə edənlər sığorta olunacaq və baş verə biləcək hadisə zamanı müvafiq qaydada sığorta ödənişi alacaq”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək