“BakıKart”ın PARADOKSU - Qəpiklə ödəniş bağlıdır, kağız pul qəbul olunmur... – FOTOFAKT
oroğlu Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) girişində yerləşən “BakıKart” terminalları sərnişinlər üçün istifadəyə yararsız hala gəlib.
Bir neçə həftədir sözügedən terminallarda kağız pul qəbul edilmir.
Belə ki, kağız pulla kart balansını artırmaq istədikdə, ekranda “yalnız qəpik qəbul ediləcək” yazısı görünür.
Məsələ orasındadır ki, yalnız qəpik ödənişi tələb edilsə də, kartın balansını qəpiklə artırmaq da mümkün deyil. Belə ki, ərazidə yerləşən hər iki terminal quraşdırıldığı gündən qəpiklə ödəniş hissəsi bağlıdır.Sərnişinləri narahat edən problemlə bağlı dəfələrlə BakıKart-ın mətbuat xidmətinə sorğu göndərsək də, sualımız cavablandırılmayıb.

