Cəmiyyət
Əfqan Cəlilov Xəzər Dəniz Neft Donanmasının rəisini vəzifəsindən azad etdi
Xpress.az Redaksiyası
02.04.2026 16:40
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanov vəzifəsindən azad edilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, T.Qurbanov 2017-ci ildən Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsində çalışırdı.