Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Polşa Azərbaycanlıları Şurası Zərifə Əliyeva adına...
Polşa Azərbaycanlıları Şurası Zərifə Əliyeva adına təqaüd proqramına start verir
Cəmiyyət

Polşa Azərbaycanlıları Şurası Zərifə Əliyeva adına təqaüd proqramına start verir

Xpress.az Redaksiyası 03.04.2026 11:03

Polşa Azərbaycanlıları Şurası (PAŞ) Polşada ali təhsil alan azərbaycanlı tələbə xanımlar üçün Akademik Zərifə Əliyeva adına Təqaüd Proqramını elan edib.
 
Qeyd edək ki, bu, Polşa Azərbaycanlıları Şurasının həyata keçirdiyi ikinci təqaüd proqramıdır. Şuranın ilk təqaüd təşəbbüsü Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın adına təsis olunmuşdu.Yeni proqramın Akademik Zərifə Əliyevanın adını daşıması da xüsusi məna kəsb edir. Bu seçim, Azərbaycan elminə, maarifçiliyinə və ziyalılıq ənənəsinə mühüm töhfələr vermiş bir şəxsiyyətinadını yaşatmaqla yanaşı, onun təhsil, peşəkarlıq və cəmiyyətə xidmət dəyərlərini gənc nəsillərarasında təşviq etmək məqsədi daşıyır.
 
Təqaüd proqramının əsas məqsədi Polşada təhsil alan Azərbaycanlı tələbə xanımların akademikinkişafını, liderlik potensialını, ictimai fəallığını və diaspor iştirakını təşviq etmək, eyni zamandaonların Azərbaycanı xaricdə daha fəal və məsuliyyətli şəkildə təmsil etməsinə dəstək verməkdir.
 
Təqaüd proqramının müəllifi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli, layihə rəhbəri isə Şuranın icraçı direktoru Yusif Məmmədovdur. Layihə Polşadakı Azərbaycan icmasının və iş adamlarının təşəbbüsü ilə həyata keçirilir.
 
Proqrama Polşada ali təhsil alan Azərbaycanlı tələbə xanımlar müraciət edə bilərlər. Namizədlərbakalavr, magistratura və ya doktorantura səviyyəsində təhsil almalı, Polşada yerləşən alitəhsil müəssisəsində ən azı bir akademik semestri tamamlamış olmalı və minimum 4.0 / 5.0 GPA akademik göstəriciyə malik olmalıdırlar.
 
Seçim zamanı yalnız akademik göstəricilər deyil, eyni zamanda namizədlərin ictimai vəkönüllülük fəaliyyəti, beynəlxalq layihələrdə iştirakı, liderlik və təşəbbüskarlıq bacarıqları, diaspor fəaliyyətinə marağı, eləcə də xarici dil bilikləri və rəsmi dil sertifikatları da nəzərə alınacaq.
 
Təqaüd proqramı dörd mərhələdən ibarət olacaq: onlayn qeydiyyat və ilkin seçim, fiziki test mərhələsi, müsahibə və qaliblərin elan olunması.
 
Müraciətlər 2 aprel tarixindən başlayıb və 11 aprel saat 23:59-dək davam edəcək. Təqaüd proqramının qalibləri isə 28 aprel – Akademik Zərifə Əliyevanın doğum günündə elan olunacaq.
 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək