Cəmiyyət
13 rayonun qəsəbə və kəndlərinin su təchizatı yaxşılaşdırılacaq
Xpress.az Redaksiyası
03.04.2026 12:03
Azərbaycanın 13 rayonunun qəsəbə və kəndlərinin su təchizatı yaxşılaşdırılacaq.
Xpress.az xəbər verir ki, bunun üçün Regional Su Meliorasiya Xidməti tərəfindən Masallı, Ağstafa, Göyçay, Hacıqabul, Saatlı, Şamaxı, Tovuz, Naftalan, Xızı, Bərdə, Şabran, Siyəzən, Tərtər rayonlarının qəsəbə və kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Dövlət xidməti layihələrin hazılanmasına 524 min manatdan çox vəsait ayırmağı planlaşdırır.