Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Taksilərin sığortası ilə bağlı yeni qayda: qiymətl...
Taksilərin sığortası ilə bağlı yeni qayda: qiymətlər artacaq?
Cəmiyyət

Taksilərin sığortası ilə bağlı yeni qayda: qiymətlər artacaq? - AÇIQLAMA

Xpress.az Redaksiyası 04.04.2026 10:44

Məlum olduğu kim Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək. Yeni qaydanın taksi qiymətlərinə təsiri ola bilərmi?
Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, taksi fəaliyyəti göstərməsindən asılı olmayaraq avtomobillərin icbari sığortası əsasən mühərrik həcminə görə hesablanır:

“Elektromobillərdə isə at gücünə görə hesablanır və orada müəyyən nüanslar da var: avtomobilin yeniliyi, sürücünün təcrübəsi. Bunların hamısı nəzərə alınır. Onu da qeyd edim ki, 1.5 əmsalı yüksək əmsal deyil, aşağı əmsaldır. Sadəcə indi ümumiləşdirilir. Bəzi hallarda sığorta şirkətləri taksi minik avtomobillərini sığorta etməkdən imtina edirlər. Amma indi artıq Mərkəzi Bankın tövsiyəsi ilə belə imtinalar olmayacaq və rahatlıqla taksidə istismar olunan nəqliyyat vasitələri sığortalanacaq.

Bu sığorta məbləği o qədər yüksək məbləğ deyil ki, buna görə taksilərin qiymətləri yüksəlsin. Bu, mümkün deyil. Taksi qiymətləri də hazırda sərnişinlər üçün əlçatandır, dəyişən taarifdir, normaldır. Taksi qiymətləri o amillərlə yüksəlmir. Taksiyə tələb artanda yüksəlir, tələb azalanda azalır. Yəni bu amillərlə ölçülür. İqlimə görə, sutkanın saatlarına görə, bayram günlərinə görə belə dəyişir. Şəhər mühitində işləyən avtomobilin il ərzində, xüsusən də taksinin, heç olmasa, 1 dəfə qəzası olur. Bu, qaçılmazdır. Ona görə 1,5 əmsalla hesablanması daha ədalətlidir. Yəni aşağı əmsaldır”.

Məlumat üçün bildirək ki, baza sığorta haqqı 50 manat məbləğində müəyyən olunub. Daha əvvəl sığorta haqqı məbləği hesablanarkən avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal tətbiq edilmirdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək