Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Azərkosmos” Lüksemburqa nə satıb?
“Azərkosmos” Lüksemburqa nə satıb?
Cəmiyyət

“Azərkosmos” Lüksemburqa nə satıb?

Xpress.az Redaksiyası 06.04.2026 14:46

2026-cı ilin yanvar-fevral aylarında Rusiya Federasiyasına 149.1 milyon ABŞ dolları, Türkiyəyə 83.4 milyon ABŞ dolları, Gürcüstana 77,2 milyon ABŞ dolları, İsveçrəyə 67,7 milyon ABŞ dolları, Ukraynaya isə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün mart sayında öz əksini tapıb.

Məlumata görə, 2026-ci ilin fevral ayında Rusiya Federasiyasına 72.1 milyon ABŞ dolları, Türkiyəyə 52 milyon ABŞ dolları, Gürcüstan 45.6 milyon ABŞ dolları, İsveçrə 29,1 milyon ABŞ dolları, Qazaxıstan isə 13,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Bundan əlavə, 2026-cı ilin yanvar - fevral ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,“AGRARCO” MMC, "Prime Cotton” MMC,"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "PRİME LM" Məhdud Məsuliyyətli Cəmiyyəti ,"P-AQRO" MMC,"KHAN-EL" MMC, "MORS TRADİNG" MMC,"STP ALÜMİNİUM" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:  "SOCAR POLYMER" MMC,"AZƏRALÜMİNİUM" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq Və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Socar Cape" MMC, "Sənayecihaz" EİM, "İstisu" Mineral Su Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Qaradağ Şüşə Zavodu" ASC.

 2026-cı ilin yanvar - fevral ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 710,4 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 545.4 min ABŞ dolları ilə Lüksemburq, 374,4 min ABŞ dolları ilə İsveç, 162 min ABŞ dolları ilə Türkiyə, 152,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək