Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Övladının dəfnində canlı yayım açan 9 uşaq atası n...
Övladının dəfnində canlı yayım açan 9 uşaq atası nəzarətə götürüldü -
Gündəm

Övladının dəfnində canlı yayım açan 9 uşaq atası nəzarətə götürüldü - RƏSMİ

Xpress.az Redaksiyası 06.04.2026 16:49

Dövlət qurumları Sumqayıtda körpə övladının dəfni zamanı TikTok-da canlı yayım açan, cənazəni qucağına alaraq videolar çəkən, bunları sosial şəbəkələrdə yayan ailəni nəzarətə götürüb.

Bu barədə Yeni Sabah-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, Sumqayıt şəhərində baş verən hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb və diqqətdə saxlanılır.

“Hadisə baş verən ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də yerli icra hakimiyyəti və Bələdiyyə nümayəndələri tərəfindən yerində baxış keçirilib. Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.

Məlumat olub ki, hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Eyni zamanda qeyd olunur ki, baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır.

Qeyd edim ki, aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.

Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Sumqayıt Şəhər İcra Hakimiyyəti də məsələyə müdaxilə edib. Qurumdan “Yeni Sabah”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb:

“Sumqayıt şəhərində çoxuşaqlı ailə ilə bağlı yayılan məlumatlara münasibət olaraq bildiririk ki, məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətə götürülmüş və aidiyyəti qurumlarla birgə araşdırılıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır.

Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilmiş, mənzil-məişət şəraiti yerində qiymətləndirilib.

Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək