Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Benzin və dizel qıtlığı yarana bilər — AÇIQLAMA
Benzin və dizel qıtlığı yarana bilər — AÇIQLAMA
Cəmiyyət

Benzin və dizel qıtlığı yarana bilər — AÇIQLAMA

Xpress.az Redaksiyası 06.04.2026 19:53

“Shell” şirkətinin baş icraçı direktoru Vail Savan Yaxın Şərqdəki gərginliyin neft məhsulları bazarına ciddi təsir göstərə biləcəyini açıqlayıb. O, Hörmüz boğazında davam edən böhranın benzin və dizel təchizatında çatışmazlığa səbəb ola biləcəyini vurğulayıb.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, hazırkı enerji böhranı həm təbiətinə, həm də nəticələrinə görə əvvəlki enerji böhranlarından köklü şəkildə fərqlənir:

“Çünki o, artıq ənənəvi neft böhranı deyil, qlobal enerji sisteminin təməlinə təsir edən mürəkkəb böhrandır. Bu böhran vahid enerji dəhlizinin pozulması nəticəsində yaranıb. Yaxın Şərqdə yaşananlar 841 milyard barel təsdiq olunmuş neft ehtiyatına malik 6 körfəz ölkəsinin, o cümlədən Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İran, İraq və Omanın birlikdə böhrana qədər gündəlik 25,1 milyon barel hasilat həcmlərini təhdid altına alıb. Bu, qlobal səviyyədə yüngül, orta-ağır və ağır neft balansının pozulması deməkdir. Eyni zamanda, körfəz ölkələrinin aktivində olan, sutkalıq emal gücü 12,9 milyon barel olan 26-dan çox neft emalı zavodunun fəaliyyəti pozulub. Hərbi əməliyyatlar Yaxın Şərqin aparıcı ixrac limanları olan Fuceyra, Ras Tanur, Cəbəl Əli, Cəbəl Danna, Əcman, Bəsrə, Sohar, Dukm, Bəndər Abbas, Mina əl-Əhmədi kimi terminalların ixrac qabiliyyətini məhdudlaşdırıb”.

O bildirib ki, Yaxın Şərqdə 33 gündən artıq davam edən hərbi münaqişə qlobal ticarət axınlarını təhdid altına almaqla qlobal neft məhsullarının tədarükünün azalmasına səbəb olub:

“Bu isə dünya bazarında açıq rəngli neft məhsullarının, o cümlədən müxtəlif markalı avtomobil benzininin (A93, A95, A98) və dizel yanacağının (Gasoil 0,1%, 10 ppm ULSD) qiymət artımına səbəb olub. Qiymət artımına təsir edən digər səbəb Yaxın Şərqdə və Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatların davam etməsi fonunda ayrı-ayrı hökumətlərin daxili bazarı qorumaq cəhdləri qarşılığında neft məhsullarının ixracına qoyulmuş qadağalardır. Sonda, Hörmüz boğazında yaranmış vəziyyət neft bazarlarının əslində çox məhdud ehtiyat hasilat gücü və kövrək tədarük zənciri ilə işlədiyini ortaya qoydu. Həm Yaxın Şərqdə, həm də Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatların davam etməsi neft və neft məhsulları bazarında qiymətlərin yüksək olmasına səbəb olacaq”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək