Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur
Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur
Cəmiyyət

Yaxın Şərqdə müharibə onlayn ticarəti vurur – Bahalaşma gözlənilir?

Xpress.az Redaksiyası 07.04.2026 09:46

Yaxın Şərqdə baş verən hərbi gərginlik, enerji bazarlarındakı dəyişikliklər qlobal iqtisadiyyata öz təsirini göstərir. Xüsusilə son zamanların əvəzolunmazı sayılan internet-ticarətdən yan ötüşmür. Azərbaycanlı istifadəçilər arasında da geniş yayılmış Trendyol və Temu kimi platformalarda qiymətlərin dəyişib-dəyişməyəcəyi hazırda əsas müzakirə mövzusudur. Çünki son illər vətəndaşların “əlinə-qoluna” çevrilən münasib, əlçatan onlayn sifarişlər indi bahalaşma riski altındadır.

İqtisadçı Elşad Kərimov bahalaşma gözləntisi ilə bağlı Bizim.Media-ya bildirib ki, Yaxın Şərqdə gərginlik davam etdikcə neft bahalaşır, bunun nəticəsi olaraq yanacaq xərcləri artır, valyuta məzənnəsi dəyişir, daşınma bahalaşır:

“Bu əlbəttə ki, e-ticarətə də təsirini göstərəcək. İlk mərhələdə qiymət artımı dərhal gözlənilmir. Bəzi şirkətlər alıcı itirməsin deyə xərcləri bir müddət öz üzərinə götürə bilər. Xüsusilə Amazon kimi böyük platformalar qiymət artımını gecikdirmək üçün alternativ logistik marşrutlardan istifadə edəcək”.

Konkret olaraq Trendyol və Temuda qiymət artımına gəlincə ekspert bunun mümkün olduğunu bildirir. Onun sözlərinə görə bundan başqa çatdırılma da gecikə bilər:

“Hazırda qiymət artımından əlavə dolayı təsir, yəni  gecikmə əsas narahatlıqlardandır. Qiymətlərdə çox böyük dəyişim gözlənilmir. Ola bilsin ki xidmət haqqı kimi təqdim olunan cüzi fərqlər özüzü göstərə bilər. Həm də belə ticarət şəbəkələri ayrı-ayrı şirkətlərlə əməkdaşlıq edir. Qiymət siyasətinə şirkətlərin strategiyasından asılı olaraq fərdi yanaşma ola bilər”. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək