Qubada Regional Biznes və Rəqəmsallaşma Sammiti keçiriləcək
Azərbaycanın regionlarının iqtisadi inkişafına yönəlmiş ən genişmiqyaslı platformalardan biri — “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti — QUBA 2026” mayın 22-də Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq.
TECHERA şirkəti və QİAD (Quba İş Adamlarına Dəstək) MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sammitə dövlət qurumlarının nümayəndələri, Bakının aparıcı şirkətləri, regional sahibkarlar, texnologiya şirkətləri, banklar və peşəkar inkişaf imkanları axtaran gənclər qatılacaq. Ümumilikdə 100-dən çox müəssisənin iştirak edəcəyi, minlərlə tələbə və işaxtaranın cəlb olunacağı gözlənilir.
Tədbir Prometech şirkətinin qızıl sponsorluğu ilə baş tutacaq. Sammit açıq sərgi, B2B görüşlər, panel sessiyalar və karyera sərgisi formatında keçiriləcək.
Sammitin əsas məqsədi regionlarda sahibkarlığın inkişafını sürətləndirmək, rəqəmsallaşmanı təşviq etmək və gənclərin məşğulluq imkanlarını genişləndirməkdir. Tədbir çərçivəsində Quba, Qusar və Xaçmaz regionlarının sahibkarları Bakının aparıcı şirkətləri və müxtəlif qurumlarla bir araya gələrək yeni əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Sammit çərçivəsində müxtəlif tematik zonalar fəaliyyət göstərəcək. Bunlara bank və maliyyə dəstəyi bölməsi, texnologiya və rəqəmsal transformasiya zonası, karyera sərgisi, regional məhsul və xidmət sərgisi, B2B əlaqə masası və gənclər üçün mentorluq küncü daxildir.
Qeyd edək ki, tədbir Azərbaycanın şimal-şərq regionunun iqtisadi potensialının artırılması və vahid biznes platformasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
0104375565
info@techera.az
