Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Makler evi” almaq istəyənlərə
“Makler evi” almaq istəyənlərə
Cəmiyyət

“Makler evi” almaq istəyənlərə XƏBƏRDARLIQ

Xpress.az Redaksiyası 08.04.2026 09:39

Son zamanlar Abşeron yarımadasında daşınmaz əmlakın yeni bir seqmenti populyarlıq qazanıb. Söhbət “makler evləri”ndən gedir. Dövlət Reyestrindən çıxarışı olmayan ərazilərdə inşa edilən həmin evlər xarici görkəm cəhətdən aldadıcı olsa da, təhlükəsizlik baxımından risklidir.

Çünki belə evlər başdansovdu inşa edilir. Bir neçə ildən sonra da divarlarda çatlar, təmirdə ciddi nöqsanlar əmələ gəlir. Bu da əlavə xərc deməkdir. Digər tərəfdən, belə evlər əsasən kanalizasiya xətlərindın uzaq ərazidə inşa edilir, heç bir drenaj sistemi olmur.

Elə son hadisələr də göstərdi ki, güclü yağışlardan sonra ən çox zərər görən məhz “makler evləri”dir.

Bu cür evlərin daha hansı riskləri var?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib ki, son selbasmadan ən çox zərər görən “makler evləri”dir:

“Nəzərə alaq ki, “makler evləri”nin inşasında heç bir tikinti norması nəzərə alınmır. Bu evlərin bünövrəsi çox zaman çay və mişar daşlarından qoyulur. Belə evlərsə adi subasmadan çökə və dağıla bilir.

Ən böyük problem odur ki, “makler evləri” kanalizasiya sistemləri olmayan ərazilərdə, çökəkliklərdə və ucqarlarda inşa edilir. Təbii ki, adi yağışlar zamanı da belə evlərin zirzəmisini və birinci mərtəbəsini su basır. Belə vəziyyətdə həyətlərə toplanmış suların xaric edilməsi də problemə çevrilir. Çünki bu evlər bir-birinə çox yaxın inşa edilir. Hətta yanğın təhlükəsizliyi qaydalarına da riayət olunmur. Nəticədə fors-major hallarda həmin evlərə yardım eləmək mümkün olmur.

Ona görə də ucuzluğuna görə “makler evləri”nə maraq göstərmək doğru deyil. Sonradan ən xırda məsələyə, hətta yağış sularına görə evi alan şəxs böyük ölçüdə ziyanla üzləşir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək