Cəmiyyət
"E-manat" cərimələndi: Qanunu pozublar
Xpress.az Redaksiyası
08.04.2026 12:06
Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanının sahibi "Modenis" MMC-ni və onun vəzifəli şəxsini cərimələyib.
Bu barədə AMB-yə istinadən xəbər veririk.
Məlumata görə, 04.06.2025 – 18.07.2025-ci il tarixlərində "Modenis"də həyata keçirilmiş yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
Bununla bağlı şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat cərimə edilib.