Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda rieltor BAZARI
Azərbaycanda rieltor BAZARI
Cəmiyyət

Azərbaycanda rieltor BAZARI - Xidmət haqları necə tənzimlənir?

Xpress.az Redaksiyası 09.04.2026 08:44

Azərbaycanda, xüsusilə, paytaxtda rieltor (makler) fəaliyyəti geniş yayılıb. Lakin tam formalaşmayıb. Həmçinin, ölkədə rieltor fəaliyyəti haqqında qanunvericilik mövcud deyil.

Mülki Məcəllədə bu məsələ qismən əksini tapıb. Amma bu tamamilə rieltor-mülkiyyətçi, rieltor-alıcı, rieltor-kirayəçi münasibətlərini tənzimləmir. Bu haqda qanun layihəsi, təkliflər 2012-ci ildə parlamentə təqdim olunsa da qəbul olunmayıb. Ona görə də əmlak, kirayə bazarında bir qarışıqlıq hökm sürür. Yəni rieltorun göstərdiyi xidmətin haqqını nəyə əsasən müəyyən etdiyi bəlli deyil.

Mülki Məcəlləyə görə, rieltorluqla bağlı haqqı satıcı ödəməlidir. Ödənilən vəsaitdən isə o, vergi ödəməlidir. Ölkəmizdə isə vasitəçilər həm satıcıdan, həm alıcıdan, həmçinin, kirayəçidən vergi alırlar.

Mövzuya münasibət bildirən deputat Vüqar Bayramov Bizim.Media-ya bu münasibətlərin beynəlxalq təcrübədə də bazar tərəfindən tənzimləndiyini deyib.

Millət vəkili hesab edir ki, bu istiqamətdə nəzarətin və monitorinqin gücləndirilməsi vacibdir:

“Azərbaycanda bu fəaliyyəti həyata keçirmək üçün, xüsusən də rəsmi olaraq vergi ödəyicisi olmaq və rəsmi vergi ödəyicisi kimi bu fəaliyyəti, bu xidməti göstərmək tələbi var. Bu istiqamətdə nəzarətin gücləndirilməsi xüsusən vergidən yayınmanın qarşısının alınması baxımından vacibdir.
 

Ödənişlər tərəflər arasında anlaşma və ya bağlanmış müqavilə nəticəsində mümkün olur. Liberal ölkələrdə belə fəaliyyətlərin inzibati deyil, bazar vasitəsilə tənzimlənməsi daha məqsədəuyğun hesab olunur. Burada xüsusən də rəqabətin güclənməsi, vergi intizamının daha da artırılması və nəzarətin gücləndirilməsinə ehtiyac var.


Bütün bunlar daha uyğun xidmət haqqının müəyyənləşdirilməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, dünya təcrübəsində xidmət haqları məhz bazar tərəfindən, tələb-təklif əsasında müəyyənləşir və həmin məbləğə uyğun olaraq da ödənişlər həyata keçirilir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək