Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Şamaxı-İsmayıllı zonasında zəlzələlər gözlənilir
Şamaxı-İsmayıllı zonasında zəlzələlər gözlənilir
Cəmiyyət

Şamaxı-İsmayıllı zonasında zəlzələlər gözlənilir

Xpress.az Redaksiyası 09.04.2026 12:00

Son iki gündə Xəzər dənizində 5 zəlzələ faktı qeydə alınıb. Belə ki, yeraltı təkanlar Xəzər dənizində əsasən, cənub bölgəmiz olan Lənkəran, Astara bölgələrində baş verib. Bu kontekstdə yeraltı təkanların baş verməsinin səbəbi və əlavə təkanların gözlənilib-gözlənilməyəcəyi ətrafında suallar yaranır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, son iki gündə Xəzər dənizi ərazisində ardıcıl zəlzələlərin qeydə alınması müəyyən narahatlıq yaratsa da, bu proses əsasən təbii geoloji faktorlarla izah olunur.

"Bir qədər təhlükəli görünsə də, ümumilikdə, Xəzər dənizi mürəkkəb seysmik aktiv zona hesab olunur və Azərbaycan da tektonik baxımdan fəal bölgədə yerləşir. Bu səbəbdən kiçik və orta maqnitudalı, əksər hallarda hiss olunmayan zəlzələlərin baş verməsi normal sayılır.

Son günlər baş verən təkanlar 30-60 km dərinliklərdə müşahidə olunur. Yəni bunlar yerin dərin qatlarında baş verməklə, həmin qatlarda tektonik gərginlik toplanır və bu gərginlik sistemli şəkildə, tədricən boşalır. Bu da bir neçə kiçik və ya orta maqnitudalı zəlzələ şəklində özünü göstərir. Xəzər dənizinin dərinliklərdə mövcud olan tektonik qırılmalar və geoloji pozuntular zəngindir. Onlar bir-birinə yaxın qovşaqlarda yerləşir. Həmin qırılmalar daha aktiv hərəkətə keçəndə, nəticədə ərazi seysmik baxımdan fəallaşır və zəlzələlər baş verir".

Q.Babayev həmçinin vurğulayıb ki, burada müşahidə etdiyimiz proses silsilə formasındadır, yəni seriya şəklində baş verir:

"Biz bunu seysmik sürü (earthquake swarm) adlandırırıq. Yəni bu, böyük zəlzələdən sonra yaranan afterşoklar deyil, əksinə, eyni zonada bir neçə zəif və orta güclü təkanın ardıcıl baş verməsidir. Hazırda Xəzər dənizində də məhz bunu müşahidə edirik.

Bu təhlükəli görünə bilər. Amma Azərbaycanda dağıdıcı, güclü, katastrofik zəlzələnin baş verməsi ehtimalı çox aşağı səviyyədədir. Mikro zəlzələlər adlanan kiçik zəlzələlər baş verir. Hiss olunan zəlzələlər isə ümumiyyətlə qaçılmazdır. Dağıdıcı zəlzələ ehtimalı də öz növbəsində aşağı qiymətləndirilir. Bir seysmik ocaq, bir qırılma aktivləşib intensivləşəndə zəlzələ baş verir. Təbii ki, bu zaman qonşu qırılmalar da hərəkətə gəlir və beləliklə, silsilə şəklində aktivlik yaranır".

Mütəxəssis onu da əlavə edib ki, qonşu ocaqlarda da aktivləşmə ehtimalı var:

"Nümunə olaraq, əgər Xəzər dənizindəki aktivlik Lənkəran-Talış zonasına yaxındırsa, Talış seysmik zonasının da silkələnməsi, titrəməyişi ehtimalı var. Çünki həmin zonada da zəngin qırılmalar və seysmik ocaqlar mövcuddur. Şimala doğru getsək, Quba-Xaçmaz, Siyəzən, Şabran da seysmik ocaqlarla zəngin ərazilərdir. Yaxın ocaq silkələnirsə, qonşu ocaqlar da bundan təsirlənə bilər".

Q.Babayev diqqətə çatıdırıb ki, ümumilikdə, panikaya əsas yoxdur:

"Dağıdıcı, katastrofik zəlzələlər ümumiyyətlə gözlənilmir. Amma hiss olunan zəlzələlər Azərbaycan üçün qaçılmazdır. Regionun seysmik mənzərəsi göstərir ki, bu il də ilk 6 ay ərzində hiss olunan zəlzələlər Azərbaycanda qaçılmazdır. Qonşu ocaqların da silkələnməsi ehtimalı var. Məsələn, Şamaxı-İsmayıllı zonası da silkələnə bilər. Buna səbəb isə, Xəzər dənizinin hazırda aktivləşməsi və bir-biri ilə əlaqədə olan ocaqların fəallaşmasıdır", - deyə o qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək