Cəmiyyət
Dövlət Xidmətinə yeni rəis müavini təyin edildi
Xpress.az Redaksiyası
09.04.2026 15:23
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə Y. Əməşova general-mayor ali hərbi rütbəsi verilib.
Yaşar Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad olunub.
APA-ya istinadən xəbər veririk ki, Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib.