Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Şadlıq saraylarının sayı azalır – “Gənclər evlənmə...
Şadlıq saraylarının sayı azalır – “Gənclər evlənmək istəmir”
Cəmiyyət

Şadlıq saraylarının sayı azalır – “Gənclər evlənmək istəmir”

Xpress.az Redaksiyası 09.04.2026 15:43

Azərbaycanda uzun illərdir ki, toy sektoru iqtisadiyyatın ən dinamik və gəlirli sahələrindən biri hesab olunurdu. Lakin son dövrlərdə müşahidə edilən mənzərə tamamilə fərqlidir. Artıq şadlıq evi biznesi əvvəlki cəlbediciliyini itirib, yeni sarayların tikintisi demək olar ki, aparılmır, mövcud obyektlər isə sürətlə profilini dəyişir. Dəbdəbəli şadlıq evlərinin yerində ya çoxfunksiyalı ticarət mərkəzləri, ya xidmət obyektləri, ya da daha mərasim evləri peyda olur.

Bəs bu tənəzzülün əsl səbəbi nədir? İnsanlar artıq evlənmək istəmir, yoxsa sadəcə "şadlıq evi formatı" müasir dövrün tələbləri ilə uzlaşmır? 

Sfera.az-a bu haqda açıqlama verən sosioloq Naib Niftəliyevin sözlərinə əsasən, şadlıq saraylarında müştəri sayının azalması müxtəlif obyektiv səbəblərdən qaynaqlanan təbii bir prosesdir: “Bu vəziyyət ilk növbədə bağlanan nikahların sayının azalması, toy sifarişlərinin məhdudlaşması və digər kütləvi şənliklərin sayındakı azalma ilə birbaşa bağlıdır. Bu tendensiyaya təsir edən əsas amilləri qruplaşdırsaq görürük ki, bura sosial-iqtisadi faktorlar, nikah prosedurlarının sadələşməsi, demoqrafik dəyişikliklər daxildir. Əhalinin rifah halı və iqtisadi vəziyyəti toy və digər mərasimlərin miqyasına təsir göstərir. Müasir dövrdə bəzi ailələr böyük və təmtəraqlı mərasimlər keçirmədən evlənməyə üstünlük verirlər ki, bu da şadlıq saraylarının xidmətinə olan tələbi azaldır. Əhalinin sayındakı artım tempinin zəifləməsi ən mühüm amillərdən biridir. Hazırda nisbi artım müşahidə olunsa da, demoqrafik proqnozlar diqqət çəkicidir. Yaxın 10 il ərzində ciddi bir dönüş baş verməzsə, Azərbaycanda əhali sayında əvvəlcə sabitləşmə (durğunluq), növbəti 20 il ərzində isə tədricən azalma prosesi başlayacaq. Bu həm də əhalinin ümumi qocalması və yeni qurulan ailələrin sayının azalması ilə əlaqədardır. Nəticə etibarilə, yeni ailə quranların sayı azaldıqca, toy məclislərinin həcmi və şadlıq saraylarına müraciət edənlərin sayı da təbii olaraq azalmağa davam edəcəkdir”.


Mütəxəssis şadlıq saraylarındakı azalma tendensiyasına təsir edən ən mühüm faktorlardan birinin də ailə böhranları, boşanmaların sayının artması və nikahla bağlı yaranan müxtəlif sosial problemlər olduğunu qeyd edib:

“Bu amillərin fonunda şadlıq evləri artıq əvvəlki kimi əlverişli bir biznes sahəsi hesab olunmur. Bu sahədəki əsas çətinliklər investisiya riskləri, fəaliyyət istiqamətinin dəyişdirilməsi və sahibkar seçimidir. Bu binaları inşa edənlər böyük maliyyə itkiləri ilə üzləşirlər. Maddi çətinliklər səbəbindən yatırılan kapitalın geri qaytarılması (gəlirlilik) mümkün olmur. İnvestisiyanın geri dönməməsi sahibkarları fərqli və daha gəlirli fəaliyyət sahələri axtarmağa sövq edir. Hazırda əksər iş adamları bu sahəyə investisiya qoymağın səmərəsiz olduğunu anlayır və daha çox qazanc vəd edən sektorlara üstünlük verirlər. Bu səbəblərdən dolayı, şadlıq evlərinin sayının azalması tendensiyasının ciddi şəkildə davam edəcəyi gözlənilir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək