Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR?
“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR?
Cəmiyyət

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

Xpress.az Redaksiyası 09.04.2026 15:29

Bakıda fəaliyyət göstərən bəzi apteklər müştəriyə ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün tələb olunan kassa çekini verməkdən boyun qaçırır.

Müştəri çeki tələb etdikdə isə aptekdəki satıcılar müxtəlif səbəblərlə özlərini haqlı çıxarmağa çalışır. Belə bir hal Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ozon” aptekdə yaşanıb.

Belə ki, vətəndaşların bildirdiyinə görə, aptekdə edilən alışlar zamanı bəzi hallarda ƏDV ilə bağlı qaydalara əməl olunmur.

Bizim.Media-ya müraciət edən müştəri bildirib ki, sözügedən aptekdən təxminən 40 manatlıq dərman vasitəsi alıb.

Lakin ödənişdən sonra ona təqdim edilən qəbzdə ƏDV məbləği göstərilməyib. Alıcı bunun səbəbini soruşduqda aptek əməkdaşı dərmanlara endirim tətbiq olunduğunu və bu səbəbdən ƏDV-nin verilmədiyini bildirib.

Müştərinin sözlərinə görə bənzər hal sözügedən aptekdə bir neçə dəfə təkrarlanıb.

Məsələnin problemli tərəfi ondan ibarətdir ki, qüvvədə olan qanunvericiliyə görə, endirim tətbiq edilməsi ƏDV-nin hesablanmaması üçün əsas hesab olunmur.

Satış hansı məbləğ üzərindən həyata keçirilirsə, həmin məbləğə uyğun olaraq ƏDV mütləq şəkildə hesablanmalı və fiskal qəbzdə əks etdirilməlidir.

Məsələ ilə bağlı “Ozon Aptek” şəbəkəsi ilə əlaqə saxladıq.

Aptek əməkdaşları bütün müştərilərə ƏDV məbləği göstərilmiş qəbz verdiklərini israrla bildirdilər. Lakin redaksiyamıza təqdim olunan qəbzlərdə ƏDV qeyd olunmayıb. Bu fakt özü-özlüyündə sözügedən aptek şəbəkəsinin qanunvericiliyə əməl etmədiyini göstərir.

Məlumat üçün bildirək ki, Azərbaycanda aptek və digər ticarət obyektlərində alıcıya ƏDV (yəni kassa çeki / fiskal qəbz) təqdim etməmək qanun pozuntusu sayılır və bununla bağlı cərimələr İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Alıcıya kassa çeki (ƏDV qəbzi) verilmədikdə ilk dəfə pozuntuya görə obyekt sahibinə 1,000 manatdan 2,000 manatadək, təkrar pozuntuya görə (1 il ərzində) 2,000 manatdan 4,000 manatadək, daha ciddi və sistemli pozuntu hallarına görə isə 4,000 manatdan 6,000 manatadək cərimə nəzərdə tutulur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək