Cəmiyyət
Elşən Heydərli vəzifəsindən azad edildi – FOTO
Xpress.az Redaksiyası
10.04.2026 18:52
Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik olunub.
Oxu.Az-ın məlumatına görə, Ali Məclisə bununla bağlı Naxçıvan Mərkəzi Seçki Komissiyasının müraciəti daxil olub.
Məlumata əsasən, komissiya üzvü Elşən Sadıq oğlu Heydərli vəzifəsindən vaxtından əvvəl azad olunması barədə ərizə ilə müraciət edib.
Ali Məclis Elşən Heydərlinin komissiya üzvlüyündən azad olunması barədə məsələyə baxıb və onu vəzifəsindən azad edib.
