Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Fermerlərin qorxduğu baş verdi:
 Fermerlərin qorxduğu baş verdi:
Cəmiyyət

Fermerlərin qorxduğu baş verdi: Bahalaşma qaçılmazdır

Xpress.az Redaksiyası 10.04.2026 18:01

Son həftələrdə ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti və fasiləsiz yağışlar aqrar sektorda birmənalı qarşılanmır. Yağıntıların paylanma coğrafiyası və intensivliyi fərqli olduğundan bəzi rayonlarda bu vəziyyət su ehtiyatlarının artması baxımından müsbət qiymətləndirilsə də, əksər bölgələrdə ciddi fəsadlar üzə çıxmağa başlayıb. Torpağın həddindən artıq rütubətlənməsi bitkilərin kök sisteminə zərər verir və vegetasiya dövründə olan məhsulların inkişafını ləngidir.

Taxıl zəmiləri və meyvə bağları hazırda ən riskli sahələr hesab olunur. Suyun tarlalarda ləngiməsi nəticəsində yaranan gölməçələr bitkilərdə göbələk xəstəliklərinin yayılmasına və məhsulun çürüməsinə şərait yaradır. Bu durum təkcə kəmiyyətə deyil, həm də məhsulun keyfiyyət göstəricilərinə mənfi təsir edir. Xüsusilə meyvə ağaclarının çiçəkləmə və ya bar vermə mərhələsində yağan güclü yağışlar məhsuldarlığı bir neçə dəfə azalda bilər.

Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, yağıntılar hər bölgəyə fərqli təsir göstərib.

“Bəzi bölgələrdə yağıntının olması çox yaxşıdır. Buna xüsusilə də suvarma problemi olan ərazilər daxildir. Lakin bəzi yerlərdə həddindən artıq yağıntı kənd təsərrüfatına ciddi ziyan vurur. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin sığorta proqramı mövcuddur. Bəzi fermerlər bu proqrama qoşulsalar da, hamının iştirak etdiyini demək mümkün deyil. Nəticədə, onlara dəyən ziyan bir çox hallarda ödənilmir. Yağıntının məhsuldarlığa mənfi təsir göstərə biləcəyi bölgələr də var. Məhsuldarlıq azaldıqca isə yay aylarında kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə oluna bilər”.

Təbiət hadisələrinin yaratdığı bu mənzərə aqrar sığortanın əhəmiyyətini yenidən gündəmə gətirir. Hazırda sığorta sistemindən kənarda qalan fermerlər təbii fəlakət qarşısında daha müdafiəsiz vəziyyətdədirlər. Zərər çəkən təsərrüfatların itkiləri kompensasiya olunmadıqda bu, fermerin növbəti mövsümdə əkin işlərinə marağını və maliyyə imkanlarını azaldır.

Proseslərin belə davam etməsi istehlak bazarına da təsirsiz ötüşməyəcək. Məhsul qıtlığı yaranacağı təqdirdə yay aylarında meyvə və tərəvəzin pərakəndə satış qiymətlərində artım qaçılmaz görünür. Təklif azaldıqca alıcılıq qabiliyyətinə təsir edən qiymət sıçrayışları qeydə alına bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək