Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Daşınmaz əmlak sığortasında
Daşınmaz əmlak sığortasında
Cəmiyyət

Daşınmaz əmlak sığortasında KƏSKİN AZALMA – Nə baş verir?

Xpress.az Redaksiyası 11.04.2026 16:47

Azərbaycanda 2026-cı ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

Mərkəzi Bankın hesabatına görə 2026-cı ilin yanvar-fevral ayları ərzində bu növ sığorta üzrə yığımlar 5 milyon 056 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 858 min manat və ya 3,9 dəfə azdır. 2025-ci ilin eyni dövründə bu göstərici 19 milyon 914 min manat təşkil edib.

Cari dövrdə bu növ sığorta ödənişləri 435 min manat təşkil edib ki, bu da illik müqayisədə 232 min manat və ya 34,8% azdır. Ötən ilin eyni dövründə 667 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 8,6% təşkil edib. 2025-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 3,3% təşkil etmişdi.

Bəs daşınmaz əmlakın icbari tibbi sığortası üzrə ödənişlər niyə kəskin azalıb?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, bu fərq yəqin ki, sonrakı aylarda  aradan qalxacaq:

“O ki, qaldı fərqin ilin əvvəlində bu qədər böyük olmasına, bunun da müəyyən səbəbləri var. Ola bilsin ki, ötən ilin əvvəllərində kimlərsə ipoteka sığortası ilə əmlak əldə edib. Sığorta müqaviləsi uzun müddətli olduğu üçün hər il yenilənmir.
 

Digər səbəbsə odur ki, bəzi sahibkarlar ola bilsin, keçən il qeyri-yaşayış obyektlərində fəaliyyət göstəriblər. Amma bu il həmin sahibkarlar obyektləri təhvil verib, onlayn rejimə keçiblər. Belə olan halda keçən il sığortalanan qeyri-yaşayış obyekti bu il sığortalanmır.


Başqa bir səbəbsə o ola bilər ki, keçən il kimlərsə əmlakını sığortalayıb. Lakin sığorta müddəti bu il bitib. Sahibkarsa obyektin yenidən sığortalanmasını bir qədər ləngidir.

Yəni daşınmaz əmlak bazarının icbari sığortası üzrə yığımlarının azalmasının səbəbləri çoxdur. Amma ən qəti fikri ilin sonunda aparılacaq təhlil hesabına söyləmək olar”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək