Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Əcnəbi adlar övladlarımızın taleyini
Əcnəbi adlar övladlarımızın taleyini
Cəmiyyət

Əcnəbi adlar övladlarımızın taleyini DƏYİŞİR, yoxsa millilikdən ÇIXARIR?

Xpress.az Redaksiyası 11.04.2026 14:58

Son illər uşaqlara əcnəbi adların qoyulması bir tendensiyaya çevrilib.

Ədliyyə Nazirliyinin açıqlamasına görə 2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 1721 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693) və Murad (677) tutur.
 

Ötən il qız uşaqlarına ən çox Melisa adı verilib (1200). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946) və Fatimədir (803).


Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Uğur və Zəhra adları verilib. Bu müddətdə 7 min 387 uşağa Uğur, 5 min 772 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerlərdə oğlanlarda Əli (6 min 125), Hüseyn (5 min 807) və Yusif (5 min 487) qərarlaşıb. Uşaqlara verilən adların siyahısında ilk onluqda qızlarda Məryəm (5 min 277), Zeynəb (5 min 253), Aylin (5 min 87), Nilay (4 min 698) yer alır.

Adlar nə ifadə edir?

Adlar ilk növbədə milli kimliyin göstəricisidir. İxtiyari şəxsin soy adından əvvəl adına baxarkən onun hansı xalqın nümayəndəsi olduğunu müəyyən etmək olur. Amma zaman-zaman dini təsirlər nəticəsində övladlarımıza ərəb mənşəli adlar qoymuşuq və bu tendensiya bu gün də davam edir.
 

Təsadüfi deyil ki, ötən 5 ildə ən çox qoyulan oğlan adları arasında Əli, Hüseyn və Yusif ilk dördlüyü qapadır. Qız adları arasında ən populyar ad isə son 5 ildə Zəhra olub. Halbuki bu adların hər biri Peyğəmbər nəslinin daşıyıcılarının ismidir. Yəni ərəb mənşəlidir.


Xoşagəlməyən tendensiya son 5 ildə daha da inkişaf edib. Məsələn son illərdə qızlara daha çox Aylin, Məryəm, Nilay, Melisa, oğlanlara isə Raul, Miran adları qoyulub. Bu adlarsa Türkiyə və Avropadan əxz olunub. Çox təəssüf ki, bu adların milli kimliyimizlə heç bir əlaqəsi yoxdur. Hətta bu adların açması da yaxşı heç nə ifadə etmir.

Ad insanın taleyini müəyyən edirmi?

Qədimdən insanlarda belə bir inanc var ki, uğurlu ad uşağın taleyini yaxşıya doğru dəyişə bilər və hətta bəzi valideynlər ad seçərkən düşünürlər ki, övladları adlarını daşıdıqları adamlar kimi məşhur, hörmət bəslənilən şəxslər ola bilərlər. Bunu həm ərəb, həm də Avropa mənşəli adlara diqqət edərkən görmək olar. Xüsusilə də, türk seriallarındakı gözəl və uğurlu karyeralı qızların adını seçməklə bəzi valideynlər düşünürlər ki, onların da övladları kinodakı kimi bəxtəvər olacaq.

Əslində isə ad insanın taleyində heç bir rol oynamır. Hər kəsin taleyi öz əlindədir. İnsan nə qədər qətiyyətli və zəhmətkeş olarsa karyerası da bir o qədər uğurlu olar. Amma ada arxayın olmaqla həyatda heç bir uğur qazanmaq olmaz. Əvəzində əcnəbi adlar hesabına milli kimliyimizdən uzaqlaşır, yadlaşırıq. Məsələn, Raul, Melisa adları ilk anda bizdə belə bir assosasiya yaradır ki, bu adam əcnəbidir. Yalnız onunla ünsiyyətdə olanda anlayırıq ki, bu şəxs azərbaycanlıdır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Fazil Mustafa bu tendensiyaya qarşı olduğunu deyib:

“Bu məsələdə nümunə olaraq hər kəs özündən başlamalıdır və körpələrə sırf milli adlar qoyulmalıdır. Tutaq ki, mənim adım ərəb mənşəlidir. Ancaq mən övladıma və hətta nəvəmə milli ad qoymağı düşündüm və belə də etdim. Hesab edirəm ki, əcnəbi adların populyarlaşması və yaşadılması doğru deyil. Adlarımız özümüz kimi milli olmalıdır. Ona görə də əcnəbi adlar tendensiyasına müsbət yanaşmıram”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək