Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakıda bəzi evlər
Bakıda bəzi evlər
Cəmiyyət

Bakıda bəzi evlər ÇÖKƏ BİLƏR

Xpress.az Redaksiyası 12.04.2026 09:37

Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. Məlumata görə, Maştağa qəsəbəsinin "Sovxoz Ramana" adlanan ərazisində yerləşən su hövzəsinin bir hissəsinin qanunsuz şəkildə doldurulması faktı aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektarlıq hissəsi doldurulub və bununla da akvatoriya süni şəkildə kiçildilib. Məsələ ilə bağlı araşdırma aparılıb və fakt hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara təqdim olunub. Lakin məsələ təkcə bir gölün doldurulması ilə məhdudlaşmır. Şəhərin müxtəlif yerlərində analoji halların baş verdiyi barədə məlumatlar var. Bir sıra ərazilərdə göllərin və bataqlıqların doldurulması nəticəsində torpaq sahələri formalaşdırılır və sonradan həmin sahələr fərdi yaşayış evlərinin tikintisi üçün satılır. Qısa müddətdə əldə edilən bu qazanc uzunmüddətli ekoloji və sosial problemlərin yaranmasına səbəb olur.

Xpress.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov bildirir ki, ölkədə su hövzələri ilə bağlı torpaq istifadəsi məsələlərində ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, bəzi ərazilər təbii xüsusiyyətlərinə görə qorunma zonasına daxildir və bu yerlərdə torpaqdan istifadə xüsusi qaydalarla tənzimlənməlidir. Lakin praktiki vəziyyət göstərir ki, müəyyən ərazilərdə vaxtaşırı qrunt sularının toplanması nəticəsində kiçik bataqlıqlar formalaşır, sonradan isə həmin sahələr qurudularaq torpaq kimi satışa çıxarılır.

Ekspert qeyd edir ki, bu cür hallara xüsusilə bələdiyyə torpaqlarında tez-tez rast gəlinir. Bununla belə, məsuliyyətin konkret olaraq hansı qurumun üzərinə düşməsi məsələsi çox zaman açıq qalır. Ekspertin fikrincə, torpaq sahəsinin ilkin satışını həyata keçirən qurum bu prosesdə əsas məsuliyyət daşımalıdır: "Azərbaycan Respublikasının hüquqi-normativ sənədlərində qərarların yerli icra hakimiyyəti orqanları tərəfindən verilməsi nəzərdə tutulur. Lakin reallıqda ərazilərdə iki icraedici struktur - həm icra hakimiyyətləri, həm də bələdiyyələr fəaliyyət göstərir. Formal olaraq əsas icraedici qurum kimi yerli icra hakimiyyətləri qəbul edilir. Cəmiyyət isə bələdiyyələri əsasən torpaq satan qurum kimi tanıyır".

E.Azadovun fikrincə, mövcud problemlərin əsas səbəblərindən biri eyni ərazidə iki icraedici strukturun fəaliyyət göstərməsidir. Bu, səlahiyyətlərin bölüşdürülməsində qeyri-müəyyənlik yaradır.

Ekspert xatırladır ki, hələ 2020-ci ildə bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verilib. Lakin aradan 5-6 il keçməsinə baxmayaraq, bu istiqamətdə işlərin cəmi 30-40 faizi tamamlanıb və proses hələ 50 faiz həddinə belə çatmayıb. Müsahibimizin fikrincə, sərhədlər tam müəyyən edildikdən sonra həmin torpaqlara rəsmi çıxarış verilməli, onların satışı və icarəsi ilə bağlı aydın və şəffaf strategiyalar hazırlanmalıdır. Əks halda, qanunvericilikdəki boşluqlar və səlahiyyət bölgüsündəki qeyri-müəyyənliklər torpaq idarəçiliyində problemlərin davam etməsinə səbəb olacaq.
Ətraflı
Ad - 00:19

Məsələnin hüquqi tərəfini şərh edən hüquqşünas Ruslan Vəliyev deyir ki, bu kimi hallar hüquqi baxımdan dələduzluq kimi qiymətləndirilir. Qanunvericiliyə əsasən, belə əmlakların satışı mümkün deyil. Çünki hər hansı daşınmaz əmlakın alqı-satqısı üçün həmin əmlakın əvvəlcə dövlət qeydiyyatına alınması və rəsmi çıxarışının olması tələb olunur.

Hüquqşünas izah edir ki, əgər torpaq sahəsi su mühafizə zonasına düşürsə və ya tikinti üçün yararlı hesab edilmirsə, həmin ərazi üzrə dövlət qeydiyyatından imtina edilir. Bu halda torpaq sahəsi yaşayış və ya tikinti məqsədilə satıla bilməz.

Hüquqşünas həmçinin bildirir ki, gölləri və ya su hövzələrini dolduraraq torpaq kimi satan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Hər hansı su hövzəsini torpaqla doldurmaq həmin ərazi üzərində mülkiyyət hüququ yaratmır.

Memar Cahid Həsənov isə hesab edir ki, göllərin və bataqlıq ərazilərin doldurularaq istifadə edilməsi məsələsinə birtərəfli yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, dünya təcrübəsində uzun illər mövcud olmuş gölməçələrin və su hövzələrinin qurudulması, həmin ərazilərdə torpaqlaşma və möhkəmləndirmə işlərinin aparılması müasir texnologiyalar vasitəsilə mümkündür.

Mütəxəssis qeyd edir ki, bu gün dünyada dənizin ortasında belə iri tikililərin inşa olunduğu layihələr mövcuddur. Lakin əsas məsələ həmin ərazinin texniki və geoloji baxımdan düzgün qiymətləndirilməsidir. Hər hansı su hövzəsinin doldurulmasından sonra həmin əraziyə yenidən suyun dolub-dolmaması, yeraltı suların vəziyyəti, torpağın dayanıqlığı və digər geoloji xüsusiyyətlər xüsusi analizlər və laboratoriya tədqiqatları əsasında araşdırılmalıdır.

C.Həsənov vurğulayır ki, əgər bu proseslər yalnız vizual müşahidələrə əsaslanaraq həyata keçirilirsə, həmin ərazilərdə keyfiyyətli və təhlükəsiz tikintidən danışmaq mümkün deyil. Belə hallarda iqlim şəraiti, yeraltı suların hərəkəti və torpaq qatlarının xüsusiyyətləri nəzərə alınmadıqda, müəyyən müddətdən sonra ərazidə çökmə riski yaranır. Bu isə təkcə tikinti aparılan binalar üçün deyil, ümumilikdə həmin sahənin dayanıqlığı üçün ciddi təhlükə yarada bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək