Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bütün kənd bir gecədə necə yoxa çıxdı?
Bütün kənd bir gecədə necə yoxa çıxdı?
Cəmiyyət

Bütün kənd bir gecədə necə yoxa çıxdı? - Dəhşətli tarix

Xpress.az Redaksiyası 12.04.2026 10:44

İngiltərənin Devon qraflığında dünyanın ən dəhşətli ərazilərindən biri kimi tanınan məşhur kənd var.

Publika.az "Express" nəşrinə istinadən xəbər verir ki, Halsends adlı bu yaşayış məntəqəsi illərdir ki, faciəvi və qorxulu tarixi ilə turistləri özünə cəlb edir. Belə ki, balıqçı kəndi olan Halsends 1917-ci ildə su altında qalaraq yoxa çıxıb.

Məqalədə yazılıb: "Bu ərazi əslində möhtəşəm mənzərəyə malik sahil əraziləri ilə məşhurdur. Lakin bu gözl mənzərə yaradan sahil xətti təbiətin "şıltaqlığı" səbəbindən ortaya çıxmayıb. Əksinə, bu, insan əməyinin nəticəsidir. Bu gün Halsendsin ərazisi əsasən dalğaların altında qalır".

"Time Out" jurnalı isə bu kəndi Britaniyanın ən qorxulu kəndlərindən biri adlandırıb.

Nə baş verib?

19-cu əsrin 90-cı illərdə hakimiyyət orqanları kənddən 48 km məsafədə yerləşən Kaymdakı dəniz donanmasını genişləndirmək qərarına gəliblər. Bunun ardınca ölkənin ən böyük şirkətlərindən biri olan "Sir John Jackson Limited" ilə məlum planla bağlı 1896-cı ildə müqavilə imzalanıb.

Ticarət nazirliyi şirkətə Halsends və Bisands arasındakı sahil boyu ərazilərdən çınqıl çıxarmaq üçün icazə verib. Sakinlərlə isə bu mövzuda məsləhətləşmələr aparılmayıb. Lakin onlar həminvaxt bu prosesə etiraz ediblər.

Bundan sonra Ticarət Nazirliyi araşdırmaların aparılmasına icazə verib və nəticədə şirkət Hallsends sakinlərinə ildə 125 funt sterlinq ödəməyə razı olub.

"Express" yazıb: "Bundan sonra qum və çınqıl hasilatının uzunmüddətli təsiri ilə bağlı narahatlıqlar azalıb və bölgədə həyat normal axarına qayıdıb. Amma üç il sonra güclü fırtınalar yenidən sahili bürüyüb və dəniz sahilini, qayalıqları və dambanın bir hissəsini yuyub dağıdıb. 26 yanvar 1917-ci ildə isə bütün Hallsends kəndi dənizə qərq olaraq yox oldu".

O da məlum olub ki, güclü küləklər və olduqca hündür dalğalar sahilboyu qurulmuş məşhur kəndi yuyub aparmazdan əvvəl orada 128 nəfər yaşayıb və 29 ev olub.

"Deyilənə görə, bütün kəndin yox olması cəmi iki fırtınalı gecədə baş verib. (Bəzi mənbələrdə 1 gecə-red.) Hərçənd bu fəlakəti insanlar özləri yaradıblar və kəndin suya qərq olması üçün illərlə dırnaq arası "hazırlıq" görüblər. Torpaqların suya qərq olması yerli çimərlik və sahil ərazilərdən çınqılların çıxarılması nəticəsində baş verdi. Bir vaxtlar çiçəklənən kənd icmasından indi yalnız bir neçə xaraba evin daş divarları qalıb",- müəllif yazıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək