Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Dedi ki, mən 20 manatlıq həkim deyiləm”
“Dedi ki, mən 20 manatlıq həkim deyiləm”
Cəmiyyət

“Dedi ki, mən 20 manatlıq həkim deyiləm” – Gəncdən əməliyyat üçün pul tələb edilib? – VİDEO

Xpress.az Redaksiyası 12.04.2026 12:19

 17 yaşlı gənc Aydanın qolunda yaranan xoşxassəli şişin mütləq şəkildə cərrahi yolla götürülməli olduğu bildirilib.

Bu səbəbdən qeydiyyatda olduğu poliklinika onu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yönləndirib. Lakin gənc və valideyninin iddiasına görə, əməliyyat icbari tibbi sığorta çərçivəsində, dövlət hesabına həyata keçirilməli olsa da, travmatoloq Akif Abdullayev bundan imtina edib.

İddia olunur ki, həkim əməliyyat dövlət xəstəxanasında aparılacağı təqdirdə gəncin şikəst qalmaq riski olduğunu bildirərək onu özünün çalışdığı özəl tibb müəssisəsinə yönləndirib və orada əməliyyatın daha yüksək məbləğə baş tutacağını deyib.

“Həkim bildirdi ki, problem ancaq əməliyyatla həll oluna bilər. “Mən əməliyyat edərəm, amma özəl klinikada 400 manata” dedi. Həkimin sözlərinə görə, buradakı digər iş yoldaşları da əməliyyatı eyni qiymətə edə bilərlər, amma onların məni şikəst qoyma ehtimalı var. Anam icbari tibbi sığortanın olduğunu xatırlatdıqda isə o, “sığortadan cəmi 20 manat qalır, mən 20 manatlıq həkim deyiləm” dedi”, – deyə şikayətçi Aydan Məmmədyarlı Baku TV-yə bildirib.

Sözügedən travmatoloq Akif Abdullayev isə iddiaları təkzib edib: “Əgər əməliyyatı həm özəldə, həm də burada mən edəcəyəmsə, niyə pasiyentin şikəst qalacağı ilə bağlı ifadə işlətməliyəm?! Onları özəl klinikaya yönləndirməmişəm”.

Məsələ ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib ki, cərrahi müdaxilələr, o cümlədən xoşxassəli şişlərin götürülməsi əməliyyatları tibbi göstərişlər əsasında, müəyyən edilmiş prosedurlara uyğun olaraq ödənişsiz həyata keçirilir: “Həkim tərəfindən səsləndirildiyi iddia olunan risklərə gəldikdə isə qeyd olunmalıdır ki, hər bir tibbi müdaxilə müəyyən risklər daşıyır və həkimin vəzifələrindən biri pasiyenti ehtimal olunan fəsadlar barədə məlumatlandırmaqdır. Belə məlumatlandırma bəzən pasiyent və yaxınları tərəfindən yanlış olaraq təzyiq və ya qorxutma kimi qəbul edilə bilər.

Eyni zamanda həkimin pasiyentə alternativ müalicə imkanları və özəl müəssisələrdəki şərait barədə danışması tibbi praktika çərçivəsində məlumatlandırıcı xarakter daşıya bilər. Bunun birbaşa yönləndirmə və ya məcburetmə kimi qiymətləndirilməsi üçün əlavə faktlar və sübutlar tələb olunur”. İnstitutdan həmçinin vurğulanıb ki, əgər dövlət tibb müəssisəsində həkimin xəstədən ödəniş tələb etməsini əks etdirən faktlar varsa, bu, cinayət xarakterli əməl hesab olunur. Belə hallar barədə sübutlar təqdim edildiyi təqdirdə məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara müraciət olunmalıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək