Bu ərazidə qarın hündürlüyü 88 sm-ə çatır
Naxçıvan Muxtar Respublikasında 3000 metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 sm-ə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Xpress.az-a verilən məlumata görə, bir sıra rayon və kəndlərdə qar və yağış müşahidə olunur.
Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Qar örtüyünün qalınlığı Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) 88 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 25 sm, Şahbuz rayonunun Kükü kəndində 5 sm, Biçənək kəndində isə 6 sm qeydə alınıb.
Yağıntının miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 12 mm, Kükü kəndində 14 mm, Biçənək kəndində 10 mm, Şərurda 3 mm, Axura kəndində 7 mm, Ordubadda 8 mm, Parağaçayda 26 mm, Culfada 8 mm, Kəngərlidə 3 mm, Sədərəkdə isə 2 mm təşkil edir.