Cəmiyyət
Agentlik əlil və şəhid ailələri üçün 47 ədəd mənzil alır
Xpress.az Redaksiyası
15.04.2026 16:50
"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxs Əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 2 rayonda 47 ədəd mənzil alır.
Xpress.az xəbər verir ki, Agentlik bununla bağlı artıq tender elan edib.
Mənzillər Salyan və Neftçala rayonlarında alınacaq.
Mənzillərin alınması üçün ümumilikdə 3 milyon 700 min manata yaxın vəsait ayrılması planlaşdırılır.