Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu ərazilərdə torpağın sotu
Bu ərazilərdə torpağın sotu
Cəmiyyət

Bu ərazilərdə torpağın sotu 2 MİLYONDUR

Xpress.az Redaksiyası 18.04.2026 11:11

"Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən "Port Baku" ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində, Səbail rayonunda "İçərişəhər" və "Sahil" metrosunun, Yasamalda "Elmlər Akademiyası" metrosunun ətrafı, "Statistika dairəsi" və s. kimi yerlərdə qiymətlər yüksək həddədir".

Xpress.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, premium zonada ortalama qiymətlər bir kvadratmetr üçün 4500-6500 manat arasında dəyişir:

"Köhnə tikililərdə isə bu rəqəm təqribən 3000-4500 manat arasındadır. Bu qiymətlər zaman keçdikcə artır. Mənzillər təbii ki, digər daşınmaz əmlak növlərinə nisbətən daha yüksək qiymətə təklif olunur. Mərkəzdə torpaq sahələri həddindən artıq yüksək qiymətə satılır. Elə ərazilər var ki, orada torpaq sahəsi tapmaq mümkün olmasa da, hesablamalarımıza görə 1 sotun dəyəri təqribən 2 milyon manat olan ərazilər var. Bu əsasən, Nizami küçəsi ətrafında olan yerləri, Yusif Məmmədəliyev küçəsini və Neftçilər prospektinin mərkəzə yaxın hissəsini özündə əks etdirir. Burada xüsusilə Zərifə Əliyeva küçəsini qeyd etmək lazımdır. Torpaq sahələrinin qiyməti təqribən 1 və 1,5 milyon manat arasında dəyişir. Ən yüksək mənzil təklif qiyməti isə bir kvadratmetr üçün 17 500 manatdır. Bu, Nəsimi rayonunda yerləşən "Crescent Mall" üzərindəki yaşayış kompleksindədir. Cari ilin ilk rübündə ortalama bütün yeni tikililər 3,6, köhnə tikililər isə 2,4 faiz qiymət artımına məruz qalıb.

İkinci inkişaf ərazisi isə Xətai rayonunun "Ağ Şəhər" olan ərazisinin ətrafı, Həzi Aslanov və Nəriman rayonun bir hissəsi, Yasamal rayonunun orta inkişaf edən massivləri, Nizami və Binəqədi rayonlarıdır. Bu ərazilərdə yeni tikililərdə qiymətlər təqribən bir kvadratmetri 2300-3700 manat, köhnə tikililərdə isə 2000-2500 manat arasında dəyişir. Son olaraq Xəzər, Qaradağ və Pirallahı rayonlarını qeyd etmək istərdim. Bu ərazilərdə qiymətlərin artım dinamikası həddən aşağıdır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək