Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Alça bağlarında dəhşətli xəstəlik yayıldı -
Alça bağlarında dəhşətli xəstəlik yayıldı -
Cəmiyyət

Alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO

Xpress.az Redaksiyası 18.04.2026 14:17

Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO

Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.

Xpress.az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.

Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər:

"Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi".

Aprelin əvvəlində havaların istiləşməsi, daha sonra isə yağışların başlaması bağlara mənfi təsir edib. Alça tez çiçək açdığı üçün yağış tozlanmaya imkan verməyib.

"Mənim 500-dən çox göyçə ağacım var. Hər ağacda 1-2 kiloqram məhsul olar, ya olmaz. Keçən il buna nisbətən daha yaxşı idi. Bu il məhsulumuz həddindən artıq zəifdir", - deyə digər fermer bildirib.

Havanın yağıntılı keçməsi səbəbindən alça bağlarında xəstəlik də yayılıb. Nəticədə meyvələr elə vəziyyətə düşüb ki, onların bazara çıxarılması mümkün deyil.

Subsidiya da ala bilməyən fermerlər ciddi ziyana düşdüklərini qeyd edirlər:

"Əvvəllər bizə subsidiya verirdilər. Müəyyən miqdarda xərclərimizi ödəyirdi. Amma bir ildir ki, kəsilib. Həddindən artıq xərc çəkirik və onu geri qaytara bilmirik".

Mütəxəssislər belə vəziyyətdə ziyanın qarşılanması üçün fermerlərə bağların əvvəlcədən sığortalanmasını tövsiyə edirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək