Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu yoldan keçərkən niyə siqnal verilir? – Sürücülə...
Bu yoldan keçərkən niyə siqnal verilir? – Sürücülər cərimələnə bilər
Cəmiyyət

Bu yoldan keçərkən niyə siqnal verilir? – Sürücülər cərimələnə bilər

Xpress.az Redaksiyası 21.04.2026 11:19

Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsinə gedən əsas yolda körpünün altından keçmək, yerli əhali üçün Nizami Gəncəvinin hüzuruna gəlmək kimi qəbul edilir. Bu zaman isə gəncəlilər ehtiram məqsədilə həmin körpünün altından avtomobillə keçən zaman uzun siqnal verirlər. Bu isə onlar üçün “Salam, ey dahi!” anlamına gəlirmiş. Bu, 50 ildən artıq davam edən yazılmamış qanun kimidir. Son günlər bəzi şəxslərin siqnal verərək video çəkib paylaşması bu məsələni yenidən aktuallaşdırıb, geniş müzakirələr və mübahisələrə səbəb olub.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat mütəxəssisi Azər Quliyevin sözlərinə görə, istər yaşayış məntəqəsində, istərsə də məntəqədən kənarda yersiz siqnal vermək 30 manat cərimədir.

O bildirib ki, bu gəncəlilərin adət-ənənəsi olsa belə, bu qaydalar çərçivəsində olmalıdır: “Nizami Gəncəvi məqbərəsinə hörmət əlaməti olaraq edirlərsə, gedib məqbərə qarşısında əklil qoya bilərlər, oradan keçəndə saxlaya bilərlər, müəyyən qaydalara uyğun davranaraq, pozmamaq şərtilə bu hörməti, ehtiramı göstərə bilərlər. Bəziləri buna yazılmamış qanun deyirlər, ancaq bu hərəkətin Nizami Gəncəviyə hansısa bir faydası yoxdur. Ancaq insanları çaşdıra bilər. Yolda gedilən zaman arxadan biri siqnal verəndə şəxs də idarəetməni itirə bilər, elə bilər ki, ötmə əməliyyatı edir və zolağı dəyişə bilər. Yersiz siqnal, məlumatlı olmayan, bilməyən sürücüləri çaşdıra bilər. Adətən yolda biri gedən zaman arxadan siqnal veriləndə çaşır və düşünə bilər ki, kiminsə zolağına çıxıb dərhal sükanı sağa-soğa çevirə bilər, anidən əyləcə basa bilər. Qanunda qeyd edilib ki, uzun səs siqnalı yol nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə verilir. Bir də yaşayış məntəqəsindən kənarda, ötmə zamanı, sürücüləri xəbərdarlıq etmək məqsədilə, dəmir yol keçidlərində məcburi dayanan sürücüyə ətrafdan kömək çağırmaq üçün uzun səs siqnalı və 3 qısa həyəcan səs siqnalı verilə bilər. Bu hallardan başqa səs siqnalından istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsində 329-cu maddəsi ilə 30 manat cərimə nəzərdə tutulur. Həmin ərazidə də siqnal vermək doğru deyil. Ehtiram əlaməti olaraq da etik deyil. Əksinə birinə siqnal verildikdə bu, mədəniyyətsizlik kimi qarşılanır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək