Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini
Ana səhifə

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini TƏYİN OLUNDU - FOTO

Xpress.az Redaksiyası 21.04.2026 15:49

Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Elnur Abbasquliyev Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub. O, bu təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb.

Xpress.az xəbər verir ki, bu barədə teatrın Strategiya və kommunikasiya şöbəsi məlumat yayıb.

Məlumat üçün bildirək ki, Elnur Mais oğlu Abbasquliyev 19 noyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsini bitirib.

1996–2000-ci illərdə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” Pantomima Teatr-studiyasında, 2000–2009-cu illərdə isə Azərbaycan Dövlət Pantomima Teatrında aktyor kimi fəaliyyət göstərib.

2009-cu ilin sentyabr ayından etibarən paralel olaraq Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışır. 2021-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsinə təyin olunub.

Elnur Abbasquliyev müxtəlif illərdə bir sıra beynəlxalq tədbirlərdə, mədəniyyət günlərində təşkilat komitələrinin və işçi qruplarının üzvü olub, televiziya tamaşalarında və filmlərdə maraqlı obrazlar yaradıb.

O, yaradıcılıq fəaliyyəti dövründə Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda, Niderlandda, Ukraynada və Tatarıstanda (RF) keçirilən nüfuzlu beynəlxalq festival və sənət tədbirlərində iştirak edərək Azərbaycan teatr sənətini uğurla təmsil edib.

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:22 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək