Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yepiskop Aleksiy Smirnov indi də mənzil davası açd...
Yepiskop Aleksiy Smirnov indi də mənzil davası açdı –
Cəmiyyət

Yepiskop Aleksiy Smirnov indi də mənzil davası açdı – BAKIDA QALMAQAL

Xpress.az Redaksiyası 21.04.2026 16:53

Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində Rus Pravoslav Kilsəsinin Azərbaycandakı rəhbəri Aleksiy Smirnovun iddiası əsasında mülki iş üzrə məhkəmə baxışı davam edir.

Musavat.com xəbər verir ki, işə hakim Mehriban Əfəndi-Zadənin sədrliyi ilə baxılır.

Məhkəməda iddiaçı qismində çıxış edən yepiskop Aleksiy Smirnov və cavabdeh A.Dolininin nümayəndələri iştirak edirlər.

Prosesin predmeti Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, “MƏKAN MMC” tərəfindən inşa edilmiş yaşayış binasındakı mənzil üzərində mülkiyyət hüququnun tanınması və həmin mənzilin cavabdehin istifadəsindən çıxarılması ilə bağlıdır. İddiaçı tərəfin mövqeyinə görə, mübahisəli mənzil kilsəyə məxsus olub və bu səbəbdən onun başqa şəxsin istifadəsində qalması qanunsuz hesab edilir. Bu əsasla məhkəmədən mənzilin geri qaytarılması tələb olunur. Cavabdeh tərəf isə iddianı qəbul etmir. A.Dolininin nümayəndəsi məhkəmədə çıxış edərək bildirib ki, mübahisəli mənzil 2017-ci ildə aparılmış söküntü işlərindən sonra tikilmiş yeni binada qanuni əsaslarla əldə edilib və mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Müdafiə tərəfi həmçinin qeyd edib ki, iddiaçının irəli sürdüyü arqumentlər hüquqi əsaslardan daha çox subyektiv iddialara söykənir. Proses zamanı tərəflər məhkəməyə yazılı sübutlar təqdim ediblər.

Hakim Mehriban Əfəndi-Zadə sənədlərin araşdırılması mərhələsinin davam etdiriləcəyini bildirib və əlavə sübutların təqdim edilməsi üçün tərəflərə vaxt verib.

Məhkəmə iclası 22 aprel tarixinə təxirə salınıb.

Qeyd edək ki, Aleksiy Smirnovun iştirakı ilə paralel olaraq digər bir məhkəmə çəkişməsi də davam edir. Belə ki, Xətai Rayon Məhkəməsində hakim Leyla Şövkətli-Mənsimlinin icraatında olan iş üzrə yepiskop ilə Azərbaycan vətəndaşı Ramil Aslanov arasında mübahisəyə baxılır. Hər iki iş üzrə qərarın növbəti məhkəmə iclaslarından sonra elan olunacağı gözlənilir.

Vətəndaş A.Dolinin 2017-ci ildə MMC tərəfindən söküntü aparılmış ərazidə tikilən yeni binada mənzil alıb. Lakin yepiskop Aleksiy Smirnov həmin mənzili vətəndaşın əlindən almaq istəyir. Eyni zamanda Xətai rayon məhkəməsində hakim Leyla Şövkətli-Mənsimlinin icraatında olan iş üzrə yepiskopun Azərbaycan vətəndaşı Ramil Aslanovla da məhkəmə çəkişməsi davam edir.

“MƏKAN MMC” bu məsələdə hansı mövqedədir və hansı maraqlardadır, onu hələ də bilən yoxdur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək