Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bakıda bu ərazilərdə kirayə mənzil bazarı bahalaşı...
Bakıda bu ərazilərdə kirayə mənzil bazarı bahalaşıb
Cəmiyyət

Bakıda bu ərazilərdə kirayə mənzil bazarı bahalaşıb - AÇIQLAMA

Xpress.az Redaksiyası 22.04.2026 11:40

Bakıda kirayə mənzil bazarında qiymət artımı davam edir və son 5 ildə kirayə mənzil bazarında qiymətlər hər il 7-10 faiz artıb.
Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, ötən ay ərzində də qiymətlərdə artım müahidə edilib. V.Oruc bildirib ki, kirayə mənzil bazarına müraciətlərin artması öz növbəsində qiymətlərin də yüksəlməsinə səbəb olur:

“Rayonlardan iş yerləri ilə bağlı şəhərə axın var. Eyni zamanda hər il 50 mindən çox şəxs ali təhsil müəssisələrinə daxil olur və hər dəfə də kirayə mənzil bazarına müraciət zamanı qiymət artır və ondan sonra geriyə dönüş baş vermir”.

Mütəxəssis söyləyib ki, eyni zamanda hazırda daşınmaz əmlak bazarında investisiya yönümlülüyə də maraq artıb: “Mənzil alıb müəyyən qədər təmir edərək kirayə verənlər də çoxdur. Qəzalı və istismar müddəti bitmiş binaların sökülməsi nəticəsində də yeni binalar tikilənə qədər vətəndaşlar kirayə mənzil bazarına müraciət edirlər. Digər tərəfdən xaricdən gələn əcnəbilər kirayə mənzil bazarına müraciət edirlər. Bütün bu müraciətlər kirayə mənzil bazarında qiymətlərə təsir göstərir”.

V.Orucun sözlərinə görə, son 5 ildə kirayə mənzil bazarında qiymətlər 7-10 faiz artıb: “Qiymət artımı əsasən Bakının iş mərkəzlərinin, ali təhsil müəssisələrinin olduğu ərazilərində baş verir. Yasamal, Nərimanov, Xətai, Nəsimi, Səbail rayonlarda kirayə qiymətləri daha yüksəkdir. Binəqədi, Sabunçu, Suraxanı, Nizami rayonlarında orta qiymətlər, Xəzər, Pirallahı, Qaradağ rayonlarında isə daha aşağı qiymətlər mövcuddur. Ən çox tələb bir və otaqlı mənzillərədir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək