Cəmiyyət
Bu şəxslər üçün dövlət rüsumu 550 manat OLACAQ
Xpress.az Redaksiyası
22.04.2026 15:19
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyən edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə görə, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumu 550 manat olacaq.