Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Aprel niyə belə keçir?
Aprel niyə belə keçir?
Cəmiyyət

Aprel niyə belə keçir?

Xpress.az Redaksiyası 22.04.2026 22:30

Müasir dövrdə iqlim və hava şəraitində baş verən dəyişikliklər insanların gündəlik həyatına birbaşa təsir göstərir. Xüsusilə, mövsümlərin keçid dövrlərində müşahidə olunan yağıntılar, temperatur dəyişmələri və hava kütlələrinin hərəkəti müxtəlif bölgələrdə fərqli təbiət hadisələrinin yaranmasına səbəb olur.

Xpress.az bildirir ki, “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Musavat.com-a şərhində bildirib ki, Azərbaycan mülayim subtropik iqlim qurşağında yerləşir. Onun sözlərinə görə, bu qurşağın xarakterik xüsusiyyətləri özünü göstərməkdədir: “Hazırda şimal yarımkürəsində qış fəsli bitdiyi, bahara keçid olduğu üçün yağıntıların olması normal hal idi. Aprel ayı Azərbaycanda əsasən yağıntılı dövrdür. Bəzən quraq keçdiyi zamanlar da olub. Bir neçə il əvvəl isə Aran zonasına aprel ayında qar yağmışdı, məhsullar məhv oldu. Azərbaycan ərazisinə daxil olan soyuq hava kütlələrinin təsiri altında bəzən qar yağışına şahidlik edirik. Bu da əsasən şimaldan daxil olan hava kütlələri ilə əlaqəlidir. Dağ və dağətəyi ərazilərdə bu vaxtlarda qar və sulu qar yağır. Aran bölgələrində isə yağışlı hava müşahidə olunur”.

Ekoloqun fikrincə, aprel ayının yağıntılı keçməsinin iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur: “Statistikaya baxsaq, bir neçə ildən bir belə hal təkrarlanır. Bu tsiklik vəziyyətdir. Bundan narahat olmağa dəyməz. Yağıntılar davam edəcək. Havanın temperaturu artacaq. Yaya doğru normal hava olacaq. Unutmayaq ki, iyun və iyul ayları da yağıntılı keçə bilir. Ümumiyyətlə, mart və aprel ayları yağıntılı aylar hesab olunur. Çaylarda gur sululuq dövrü başlayıb. May ayında da belə olacaq. Əsas odur ki, su üzərində evlər olmasın. Bakı və Abşeron yarımadasında məskunlaşma düzgün olmadığı və kommunikasiya xətləri düzgün qurulmadığı üçün subasmalar müşahidə olundu. Bəzi çay massivlərində insanlar hələ də evlərinə dönə bilmirlər. “Azərbaycanda yaz və payız fəsilləri artıq yaşanmır” fikri isə doğru deyil”, - ekoloq bildirib. (Musavat.com)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək