Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Pensiyalarla bağlı vacib xəbər -
Pensiyalarla bağlı vacib xəbər -
Cəmiyyət

Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…

Xpress.az Redaksiyası 23.04.2026 09:23

Azərbaycanda sosial təminat göstəricilərinin mövcud vəziyyəti açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, hazırda orta pensiyanın məbləği 594 manatdır. Onun sözlərinə görə, yaşa görə orta pensiya isə 632 manat təşkil edir.

Orta pensiya məbləği artırıla bilərmi?

Bu barədə Globalinfo.az-a iqtisadçı Xalid Kərimli danışıb. O deyib ki, göstəricilər Azərbaycanın mövcud iqtisadi və sosial vəziyyətini əks etdirir:

“Orta pensiyanın məbləğini birbaşa artırmaqla bağlı ayrıca qərar yoxdur. Orta pensiya, ümumi pensiya məbləğinin təqaüdçülərin sayına bölünməsi ilə hesablanır. Pensiyaların artması üçün əsas şərt əmək haqlarının yüksəlməsidir. Çünki Azərbaycanda pensiya sistemi əməkhaqqına bağlıdır və pensiya kapitalında toplanan vəsait əsasında formalaşır. Vətəndaşlar “myGov” tətbiqi vasitəsilə öz pensiya kapitalına yığılan məbləği izləyə bilərlər. Əməkhaqqı nə qədər yüksək olarsa, pensiya kapitalına yığılan vəsait də bir o qədər artır və nəticədə daha yüksək pensiya almaq imkanı yaranır”.

İqtisadçı bildirib ki, orta pensiyanın artması birbaşa ölkədə iqtisadi inkişaf, ümumi əməkhaqqı səviyyəsindən, xüsusilə qeyri-neft sektorundakı maaşlardan asılıdır:

“İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin açılması və əmək bazarında tələbin yüksəlməsi maaşların artımına, bu isə öz növbəsində pensiyaların yüksəlməsinə gətirib çıxarır. Minimum pensiyanın artırılması da müəyyən təsir göstərir. Minimum pensiyalarla bağlı məsələyə hökumət iki ildən bir baxır. Yəqin ki, ilin sonunda bu məsələ yenidən qiymətləndiriləcək və mövcud vəziyyətə uyğunlaşdırılacaq. Lakin ümumilikdə orta pensiyanın artımı üçün əsas amil əməkhaqqının yüksəlməsidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək