Məşhur psixoloq Gürcüstanda ailə qurdu - FOTOLAR
Gürcüstanın paytaxtı Tbilisi şəhərində iki azərbaycanlı gəncin nikah mərasimi baş tutub. Belə ki, Azərbaycanın tanınmış psixoloqu, uzman psixoloq və psixoterapevt Gülnarə Muxtarova Orxan Bayram ilə ailə həyatı qurub.
Xpress.az-ın məlumatına görə, Gülnarə Muxtarova bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb. Daha sonra ixtisaslaşmasını Türkiyənin Bursa şəhərində yerləşən Uludağ Universitetində davam etdirib. O, burada üç il yaşayıb və fəaliyyət göstərib.
Orxan Bayram isə artıq səkkiz ildir ki, Böyük Britaniyada yaşayır. O, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində sosial iş ixtisası üzrə təhsil alıb. Gülnarə Muxtarova isə eyni fakültədə psixologiya ixtisasına yiyələnib.
Cütlüyün bildirdiyinə görə, onların Gürcüstanda ailə qurmaq qərarı verməsinin əsas səbəbi nikahın qeydiyyatı prosedurlarının daha sadə və qısa müddətdə başa gəlməsidir. Bu qərar, həmçinin cütleyün tezliklə Böyük Britaniyaya getməli olması ilə əlaqədar verilib.

Qeyd edək ki, Orxan Bayram Böyük Britaniyada müxtəlif sahələrdə fəaliyyət göstərir. O, Nyukasl və Lids şəhərlərində fəaliyyət göstərən idman komandaları ilə əməkdaşlıq edir, həmçinin Böyük Britaniyanın Ədliyyə Nazirliyi sistemində çalışır. Avropa mətbəxi üzrə peşəkar aşbaz olan Orxan Bayram, eyni zamanda penitensiar xidmət sistemində “Band 3” dərəcəsi ilə məhbuslara peşə təlimləri keçir və onların müxtəlif ixtisaslara yiyələnməsinə dəstək olur.

Qeyd edək ki, Orxan Bayram və Gülnarə Muxtarova eyni universitetdə təhsil aldıqları üçün ortaq dost çevrəsinə malik olublar və məhz bu dostlar vasitəsilə tanış olublar.
