Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 32 ildən sonra Ağdama dönüş:
 32 ildən sonra Ağdama dönüş:
Cəmiyyət

32 ildən sonra Ağdama dönüş: Tanınmış jurnalist doğma yurduna köçdü

Xpress.az Redaksiyası 24.04.2026 15:05

Ağdam şəhərində 397 nəfərdən ibarət 110 ailəyə yeni mənzillərin açarları təqdim edilib. Köç edənlər arasında Ağdam sakini, Moderator.az-ın redaktoru, tanınmış jurnalist Pərvin Şakirqızı da var.

O, Xpress.az-a verdiyi açıqlamada bu günü illərlə həsrətlə gözlədiyini bildirib:
“Vətəndəyəm… Cənnətimdəyəm… Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin.
1993-cü il iyulun 23-də Ağdamdan çıxanda şəhəri tərk edən sonuncu ailə biz olmuşuq. Biz getmək istəmirdik. Əmim şəhid olmuşdu, atam isə doğma torpağını tərk etmək istəmirdi. Nənəm atamı yalvar-yaxarla çıxardı: ‘Bir oğlumu şəhid verdim, səni də itirmək istəmirəm…’
Evimizdən çıxanda qapını bağladıq, açarını götürdük. Hətta soyuducunu da elektrikdən ayırdıq ki, evimizə zərər dəyməsin. Amma bilmirdik ki, o ev bir gün düşmən atəşi ilə yanacaq və biz geri qayıdanda oradan heç nə tapmayacağıq…
İllərlə o açarı sandıqlarda qoruduq. O açar bizim üçün sadəcə bir əşya deyildi – ümid idi, nisgil idi, qayıdışa inam idi. Hər dəfə ona baxanda deyirdik: ‘Biz mütləq Ağdama qayıdacağıq. Bu, bizim evimizin açarıdır.’
Bu gün o açar mənim üçün ümidimin qapısını açdı. Mən artıq Ağdamdayam. Bu hissləri sözlə ifadə etmək mümkün deyil… Şükür bu günümə. Sevincliyəm, qürurluyam…
Deməyə o qədər söz var ki… O açar bizi yaşadan, ayaqda saxlayan bir ümid idi. Nənəm Ağdam həsrəti ilə bu dünyadan köçdü. Qaynanam isə o çətin illərin ağrı-acısını yaşadı…
Amma bu gün – bütün o ağrıların, göz yaşlarının, gözləntilərin bəhrəsidir. Bu gün biz evimizdəyik…”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək