Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət:
Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət:
Cəmiyyət

Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət: 150 min manat kimə verilib?

Xpress.az Redaksiyası 25.04.2026 19:26

TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun vəzifədən qovulması ilə bağlı xəbərlər gündəmdə qalmaqda davam edir.

Onun rəhbərlik etdiyi dövrdə baş verən neqativ hallarla yanaşı, işdən çıxmazdan bir gün əvvəl həyata keçirdiyi iddia olunan son təyinatlar da ciddi müzakirələrə səbəb olub.

“Xəbərsiz”in əldə etdiyi məlumata görə, 16 fevral 2026-cı il tarixində – yəni Vüqar Qurbanovun vəzifədən azad edildiyi gün Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunması barədə rəsmi məlumat yayılmış və bu vəzifəyə Əhmədov Fikrət Əli oğlunun gətirildiyi bildirilmişdi. Lakin iddialara əsasən, həmin gün mərkəzdə ictimaiyyətə açıqlanmayan daha bir təyinat da həyata keçirilib.

Belə ki, direktor müavini və doğum evinin yeni baş həkimi vəzifəsinə Gülnarə Rəhimovanın təyin olunduğu bildirilir. Mənbələrin iddiasına görə, bu təyinat TƏBİB-in Müşahidə Şurasının qərarı olmadan, prosedurlara zidd şəkildə və təkbaşına həyata keçirilib.

Doğum evində çalışan bəzi əməkdaşların sözlərinə görə, Gülnarə Rəhimovanın əsas fəaliyyəti tibbi idarəetmədən daha çox xəstələrin yönləndirilməsi və qeyri-rəsmi ödənişlərin təşkil olunması ilə bağlı olub. İddia edilir ki, doğum evinə müraciət edən xəstələr əvvəlcə onun qəbuluna yönləndirilir, daha sonra isə müxtəlif məbləğlər müəyyən edilərək digər həkimlərə istiqamətləndirilirdi.

Həkimlər arasında narazılıq yaradan əsas məqamlardan biri isə bu prosesin qeyri-rəsmi və qeyri-şəffaf şəkildə aparılmasıdır. Bildirilir ki, peşəkar və prinsiplərinə sadiq olan bir sıra həkimlər məhz bu səbəbdən həmin tibb müəssisəsini tərk etmək məcburiyyətində qalıblar.

İddialara görə, hazırda Nizami Tibb Mərkəzinin direktoru olan və daha əvvəl doğum evinə rəhbərlik etmiş Vəfa Hüseynzadənin adı da bu proseslərdə hallanır. Məlumatda qeyd olunur ki, Gülnarə Rəhimova bu vəzifəyə təyinat üçün Vəfa Hüseynzadənin vasitəçiliyi ilə Vüqar Qurbanova 150 min manat verdiyini bəzi həkimlərin yanında özü bildirib. Məhz buna görə də təyinatın həm Müşahidə Şurasından, həm də ictimaiyyətdən gizlədildiyi iddia olunur.

Bundan əlavə, Rəhimovanın iş yerində xüsusi mühafizə ilə hərəkət etdiyi və kollektivlə münasibətlərində sərt davranış nümayiş etdirdiyi, bəzi həkimləri işdən çıxarmaqla hədələdiyi də bildirilir.

Digər diqqətçəkən məqam isə əvvəllər həmin doğum evində çalışmış, sonradan müxtəlif səbəblərlə işdən uzaqlaşdırılmış bir anestezioloq-reanimatoloqun yenidən işə qaytarılması ilə bağlıdır. İddialara görə, bu şəxs əvvəllər Sabunçu və Xəzər Tibb Mərkəzlərində də çalışıb, lakin oradan da uzaqlaşdırılıb.

Mənbələrin bildirdiyinə əsasən, həmin həkim artıq müxtəlif şəxslərə 30 min manat ödədiyini və yaxın zamanda şöbə müdiri təyin olunacağını açıqlayıb. Həmçinin onun əvvəlki iş yerlərinə qəbul üçün də yüksək məbləğdə ödəniş etdiyi və sonradan bu məsələ ilə bağlı rəhbər şəxsləri şantaj etdiyi iddia olunur.

Qeyd olunan iddiaların rəsmi təsdiqi olmasa da, məsələ səhiyyə ictimaiyyəti arasında ciddi narahatlıq doğurur. Ümid edilir ki, TƏBİB-in yeni rəhbərliyi bu məsələləri diqqətdə saxlayacaq və ortaya atılan iddialarla bağlı araşdırma aparılacaq.

Məsələni diqqətdə saxlayacağıq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək