Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Zal Yusifovun oğlunun işi:
Zal Yusifovun oğlunun işi:
Cəmiyyət

Zal Yusifovun oğlunun işi: “55 min manat behim batdı”

Xpress.az Redaksiyası 25.04.2026 21:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xpress.az lent.az-a istinadən xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən L.M ev almaq niyyəti ilə İslam Yusiflə tanış olduğunu bildirib:

“Mən ev almaq istəyirdim. Dedilər ki, “Baksol yolu”nda 650 kv 270 000- lik ev var. Gedib  baxdım, bəyəndim, elə oradaca İslamla tanış oldum. Mənə dedi ki, beh lazımdır. “Mitsibusi” markalı maşınımı və 10 000 manat pul verdim;  ümumi 30 000 manat. İpoteka götürmək istəyirdim, prosedur uzandı. İslama dedim ki,  ipoteka alınmır, borc-xərclə  55 000 beh verdim. Qalan məbləği tamamlamaq üçün ona dedim ki, məndə bağça və tədris mərkəzi var, pul əvəzi dəyişək. İslam razılaşdı. Ev bir günün içində satıldı. Ziyanımdan cəmi 15 000 ödənilib”.

Təqsirləndirilən İslam Yusifov “Bu mənə dedi ki, behi on günə “aformit” edirəm. Amma eləyə bilmədi, əvəzində mənim evimin üzərinə həbs qoyuldu. İki ildir ki, bununla bağlı  məhkəmə davam edir. Dəymiş ziyana gəlincə, məhkəmə müddəti ərzində maddi ziyanı ödəyəcəm”.

Növbəti proses 15 may saat 14:30- təyin olunub.

Xatırladaq ki, ittihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.

Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib.  Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.

Xatırladaq ki, 2010-cu ildə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək