Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Tək analığa meyillənmə
Tək analığa meyillənmə
Cəmiyyət

Tək analığa meyillənmə - Kişilərdən niyə İMTİNA EDİRLƏR?

Xpress.az Redaksiyası 25.04.2026 22:49

Son illərdə Azərbaycanda tək analığa meyillənmə artıb, indi qadınlar həyatlarını kişisiz, yalnız övladları ilə davam etdirmək istəyirlər. Bu sosioloji problemə hətta ad da verilib – solo-analıq...

Buna qədər tənha analar anlayışı vardı.

Amma tənha analar dul qalmış və ya boşanmış qadınlara deyilirdi. Yəni taleyi gətirmədiyinə görə həyatının qalanını tənha uşaq böyütməklə davam etməli olurdu. Amma solo-analar tam əksinə: şanslı, karyerasını qurmuş, özünü maddi cəhətdən təmin etmiş və buna görə də komfort zonasını heç bir kişi ilə bölüşmək istəməyən qadınlardır. Onlar yad adamla müştərək yaşamaq istəmir, sonrakı mərhələdə hüqiqi problemlər olmasın deyə getdikcə daha çox donorlar vasitəsilə öz uşaqlarını dünyaya gətirməyi seçirlər.

Sosioloqlar bir məsələni də qabardırlar ki, bu tendensiyanın artımında qadınlarda kişilərə qarşı yaranmış inamsızlıq, boşanma zamanı uşağını itirmək qorxusu kimi səbəblər də rol oynayıb.

Sosioloq Gülnar Qurbanova Bizim.Media-ya bildirib ki, bunun bir səbəbi də “mən” anlayışının “biz” anlayışından önə keçməsidir:

“İndi qadınlar “biz” olmaq istəmir, onun həyatı və mərkəz nöqtəsi “mən”dən ibarətdir. Bu, əsasən fərdiləşmə meyli ilə bağlıdır. Ortaq həyat bölüşmək deməkdir və bu qadınlar da maddi-mənəvi heç nəyini bölmək istəmir. Tez-tez karyeraya  görə analığı təxirə salan qadınlar bu addımı atırlar. Onların çoxu kişilərlə münasibətlərdə ağrılı təcrübələr yaşayıb, xəyanət, zorakılıq və s. Buna görə də bu mənfi ssenariləri minimuma endirmək üçün uzun illər çəkdiyi əziyyətin bəhrəsini özü və övladına saxlayır”.  

Sosioloq həmçinin vurğuladı ki, bu seçimin mənfi tərəfləri də var: uşaq yalnız anası tərəfindən böyüdülürsə, bu, sonradan onun sosiallaşmasına təsir edəcək.

Onsuz da təhsil müəssisələrində qadın müəllimlərin sayının artması, qadın valideynlərin üstünlük təşkil etməsi xüsusən də oğlan uşaqlarının xakarterinə təsir edib.

“Oğlanlarda iradə zəifliyi, küsəyənlik, az hərəkətlilik, evdarlığa meyl, bütün bunlar qadın tərbiyəsinin nəticəsidir. Belə uşaqlar tək valideyn modelini davam etdirəcəklər. Heç də müsbət tendensiya deyil. Amma bu problemdə qadınları mühakimə etməkdənsə, kişilərin ailədəki rolu, onların məsuliyyəti və iştirakı haqqında daha çox danışmaq vacibdir” - deyə o, əlavə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək