Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Basqalda keramika sənətinin
Basqalda keramika sənətinin
Ana səhifə

Basqalda keramika sənətinin YAŞAYAN ÜNVANI - FOTO

Xpress.az Redaksiyası 27.04.2026 15:23

Dünyanın bir çox turistik məkanlarında müxtəlif suvenir çeşidləri mövcuddur. Bu suvenirlər arasında ən qədim sənət nümunələrindən biri olan keramika bu gün də öz ənənəsini qoruyaraq müasir dövrlə uğurla uzlaşmaqdadır. Əsrlər boyu formalaşan bu sənət növü yalnız məişət əşyalarının hazırlanması ilə kifayətlənməyərək, eyni zamanda mədəni irsin və milli dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Xpress.az vetenbagi.az-a istinadla xəbər verir ki, bu ənənəni yaşadanlardan biri də "Basqal Craft" brendinin təsisçisi Bilal Hüseynovdur.

O, artıq 5 ildir ki, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən qədim "Bazar meydanı"ndakı satış-emalatxanasında keramikadan hazırlanmış əl işlərinin hazırlanması və satışı ilə məşğuldur. Onun yaratdığı emalatxana qısa müddət ərzində həm yerli sakinlərin, həm də turistlərin diqqətini cəlb edən maraqlı məkanlardan birinə çevrilmişdir.

Basqala gələn yerli və xarici turistlərin böyük marağına səbəb olan bu məkan ənənəvi sənətkarlığın yaşadılması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Burada hazırlanan keramika nümunələri yalnız bəzək əşyaları kimi deyil, həm də Basqalın zəngin tarixini, memarlıq üslubunu və milli ornamentlərini özündə əks etdirən sənət əsərləri kimi diqqət çəkir.

Emalatxananı ziyarət edən turistlər hər zövqə uyğun keramika məhsulları əldə etməklə yanaşı, Basqalın tarixi məkanlarını əks etdirən müxtəlif ölçülü suvenirləri də seçə, həmçinin fərdi sifarişlər verə bilərlər. Bu cür təşəbbüslər yerli sənətkarlığın qorunmasına, turizmin inkişafına və regionun daha geniş tanıdılmasına mühüm töhfə verir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək