Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Gecə-gündüz təqib, bezdirici mesajlar... -
Gecə-gündüz təqib, bezdirici mesajlar... -
Cəmiyyət

Gecə-gündüz təqib, bezdirici mesajlar... - “Stalking”ə görə hansı cəza NƏZƏRDƏ TUTULUR?

Xpress.az Redaksiyası 29.04.2026 13:42

Müasir dövrün insanı şəxsi həyatına müdaxiləni və davamlı narahat etmə hallarını qəbul etmir. Əgər əvvəllər qadın, necə deyərlər, “abrına qısılıb” səsini çıxarmazdısa, indi tam əksinə, özü belə problemi ictimailəşdirir. İstər, ictimai nəqliyyatda, istərsə də müəyyən məkanlarda, yaxud şəxsi həyatında daimi olaraq onu təqib edən, israrlı “aşiq”lərini haqlı olaraq, qınaq obyektinə çevirir.

Birinə dayanmadan yazmaq, izləmək, qarşısına çıxmaq və ya müxtəlif yollarla onu psixoloji təzyiq altında saxlamaq, gözünü qorxutmaq artıq bir çox ölkədə ciddi hüquqi problem kimi qəbul olunur. Bu cür davranışlar ümumilikdə “stalking” adlanır və bəzi yerlərdə ayrıca cinayət kimi tanınır.

Azərbaycan qanunvericiliyində isə bu anlayış ayrıca maddə kimi birbaşa yazılmayıb. Azərbaycanda bu məsələ konkraet yox ayrı-ayrı maddələrdə tənzimlənir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi daxilində şantaj ilə tələb etmə, hədə-qorxu gəlmə (sağlamlığa zərər vurma), şəxsi həyatın toxunulmazlığının pozulması və İnzibati Xətalar Məcəlləsi olaraq xırda xuliqanlıq üzrə işə baxılır.


Lakin burda əsas çatışmazlıq odur ki, stalking çox vaxt uzunmüddətli və davamlı davranışdır, amma mövcud maddələr daha çox tək epizodları əhatə edir. Qurbanın mütəmadi psixoloji təzyiq altında qalması ayrıca hüquqi qiymət almır. Belə olanda da sübut çətinləşir, çünki ümumi stalking yox, ayrı-ayrı hadisələr sübut olunmalıdır.

Stalkingin Azərbaycanda da gələcəkdə ayrıca maddə ola bilməsi əslində real ehtimaldır. Çünki son illərdə qadınlara qarşı zorakılıq, şəxsi həyatın qorunması kimi məsələlərin müzakirələri artıb. Bundan başqa İstanbul Konvensiyası stalkingi ayrıca cinayət kimi tanımağı tövsiyə edir. Yəni hüquqşünaslar bildirirlər ki, ictimai təzyiq və hüquqi islahatlar güclənərsə, gələcəkdə Cinayət Məcəlləsinə ayrıca maddə əlavə olunması mümkündür.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək