Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət AAYDA-da kök salmış "qohum şəbəkəsi" təmizlənir-
AAYDA-da kök salmış "qohum şəbəkəsi" təmizlənir-
Cəmiyyət

AAYDA-da kök salmış "qohum şəbəkəsi" təmizlənir- ADLAR

Xpress.az Redaksiyası 29.04.2026 17:18

Xəbər verdiyimiz kimi, bir neçə gündür Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişiklikləri baş verir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirlinin gəlişi ilə başlayan kadr islahatları çərçivəsində bir sıra vəzifəli şəxslərə, xüsüsən də sabiq sədr Saleh Məmmədovla qohumluq bağlarına məxus şəxslər qurumdan uzaqlaşdırılır.

Ötən gün dərc etdiyimiz xəbərdə də Avtomobil Yollarının Mühafizəsi Xidmətində bəzi rəislərin işdən çıxarıldığı deyilirdi. Onların AAYDA İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov, həmçinin onun müavinləri (Əvəz İlyas oğlu Qocayev, Hüsnü Ələkbər oğlu Quliyev ) və digər yüksək vəzifəli şəxslərə bağlı olan adamlar olduğu deyilir.
 

Qeyd olunur ki, Avtomobil Yollarının Mühafizə Xidmətinin işdən çıxarılan rəis müavini Həbib Əliyev Saleh Məmmədovun yaxın adamı olub.  İşdən çıxarılan xidmətin digər rəis müavini Eyyub Həsənov isə general-polkovnik Bəylər Eyyubovun xalası oğludur. 

Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi vəzifəsdindən azad edilən Coşqun Qarayev "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur.

İşdən çıxarılan 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılovun dayısıdır. Səftər İsmayılov özü də vəzifəsindən azad olunması ilə bağlı Vüsal Nəsirliyə ərizə ilə müraciət edib. 

"1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC-nin rəhbəri Dilavər Həmzəyev sabiq sədr Saleh Məmmədovun  yeznəsidir. MMC ötən həftə ləğv edildiyinə görə Dilavər Həmzəyev işini itirib.
 Saleh Məmmədovun vəzifədə olan qohumları arasında - əmisi oğlu, "Bakı 1 №-li Yol İstismarı" MMC-nni rəisi Həmzəyev Zaur Oktay oğlu, xalası oğlu, "10 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Araz Bəndəliyev, qardaşı oğlu, "9 saylı Yol İstismarı” MMC-nin baş mühasibi Toğrul Həmzəli, bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, digər bacısı, "Azəryolelmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, kürəkəni, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev də var.

Onların da vəzifələrindən uzaqlaşdırıldığı deyilir. 

Həmçinin vəzifələrindən uzaqlaşdırılan şəxslərdən bəzilərinin Azərbaycanda və xaricdə dəyəri milyonlarla manat olan mülklərə sahib olduğu da iddia olunur. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək