Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Eldar Əzizovun 2 ilə 143 milyon manatlıq sifariş v...
Eldar Əzizovun 2 ilə 143 milyon manatlıq sifariş verdiyi sirli şirkət
Cəmiyyət

Eldar Əzizovun 2 ilə 143 milyon manatlıq sifariş verdiyi sirli şirkət

Xpress.az Redaksiyası 29.04.2026 19:33

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Xezer-Construction" MMC seçilib. Abadlıq, təmir və yenidənqurma işlərinə görə şirkətə 61 087 536,21 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction" MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Xezer-Constructuon" MMC əsasən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin tenderlərinin qalibi olur. Şirkət ötən il sözügedən MMC-nin 4 tenderinin qalibi seçilib. Tenderlər aşağıdakı satınalma predmetləri üzrə keçirilib:

* Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması;

* Bakı şəhərinin, Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması;

* Bakı şəhərinin, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması;

* Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması.

"Xezer-Construction" MMC bu tenderlər üzrə 73 230 421,09 manatlıq sifariş alıb. 

2024-cü ildə isə şirkət "Bakı Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi 2 tenderin qalibi seçilib. Həmin tenderlər "Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı"nın abadlaşdırılması işlərinin davam etdirilməsinin və Bakı Şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması ilə keçirilib. Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 8 983 668,42 manat olub. 

Beləliklə, adicə internet səhifəsi belə, olmayan "Xezer-Construction" MMC 2024-cü ildən bu yana "Bakı Əsaslı Tikinti və Təmir” MMC-dən 143 301 625,72 manatlıq sifariş alıb. 

"Bakı Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. MMC-nin rəhbəri Abit Əliyevdir. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamı kimi tanınır. Eldar Əzizov hansı şəhər və ya rayonda icra başçısı vəzifəsində çalışıbsa, Abit Əliyev də onun yanında olub. 

Eldar Əzizovun icra başçısı kimi karyerası 2000-ci ildə başlayır. O, 2000-2003-cü illərdə Nizami rayonunun, 2003-2011-ci illərdə Gəncə şəhərinin, 2011-2015-ci illərdə Sumqayıt şəhərinin, 205-2018-ci illərdə Səbail rayonunun icra başçısı vəzifəsində çalışıb. O, 2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək