Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Metro və avtobuslarda gedişhaqqı ilə bağlı
Metro və avtobuslarda gedişhaqqı ilə bağlı
Cəmiyyət

Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

Xpress.az Redaksiyası 29.04.2026 21:32

May ayında Ümumdünya Şəhərsalma Forumu ərəfəsində paytaxtda nəqliyyat sahəsində rəqəmsal yeniliklər davam edir. Silsilə tədbirlər çərçivəsində artıq həm marşrut avtobuslarında, həm də metropolitendə xarici bank kartları ilə ödəniş imkanı yaradılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, ictimai nəqliyyatda xarici emissiyalı bank kartları vasitəsilə NFC texnologiyası əsasında təmassız ödəniş sistemi istifadəyə verilib.

Bu yenilik sayəsində xarici vətəndaşlar və turistlər əlavə kart və ya yerli ödəniş vasitəsi əldə etmədən birbaşa beynəlxalq bank kartları ilə nəqliyyatdan istifadə edə biləcəklər. Əvvəllər isə bu imkan yalnız yerli bank kartları üçün mövcud idi.


Qeyd edək ki, NFC əsaslı ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb və hazırda Bakı və Gəncə şəhərlərində, həmçinin Bakı–Sumqayıt marşrutlarında istifadə olunur. Bu yanaşma sərnişinlər üçün rahatlığı artırmaqla yanaşı, xidmət keyfiyyətinin yüksəldilməsinə də xidmət edir.

Eyni zamanda, Bakı Metropoliteni də rəqəmsal ödəniş imkanlarını genişləndirib. Artıq sərnişinlər metroda da xarici bank kartlarından istifadə etməklə turniketlərdən sürətli və rahat keçid edə bilirlər.
 

Məlumata görə, metropolitendə NFC texnologiyasına əsaslanan ödəniş sistemindən bu günədək 31 milyondan çox sərnişin istifadə edib və hazırda bu üsul ümumi ödənişlərin təxminən 29 faizini təşkil edir.


Hər iki yenilik K-Group şirkəti və banklarla əməkdaşlıq çərçivəsində həyata keçirilib. Yeni sistem xüsusilə Bakıya gələn turistlər üçün əlavə rahatlıq yaradaraq şəhərin nəqliyyat infrastrukturunun əlçatanlığını daha da artırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək