Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Doğuma görə müavinətin verilməsi ilə bağlı yeni qa...
Doğuma görə müavinətin verilməsi ilə bağlı yeni qayda
Cəmiyyət

Doğuma görə müavinətin verilməsi ilə bağlı yeni qayda

Xpress.az Redaksiyası 30.04.2026 11:13

Sabahdan etibarən hamiləliyə və doğuma görə müavinətin verilməsi ilə bağlı yeni qayda tətbiq ediləcək.

Modern.az-ın məlumatına görə, müvafiq qaydalara əsasən, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqinə əsasən sığortaedən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə hamiləliyə və doğuma görə məzuniyyət əmri daxil edildikdən sonra məzuniyyət dövrünə düşən təqvim günləri üçün avtomatlaşdırılmış qaydada verilir.

Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki təqvim günlərinin sayına vurulması ilə hesablanır. Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Müavinətin hesablanması hamiləliyə və doğuma görə məzuniyyətə çıxılan aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancı və həmin dövr üzrə təqvim günləri nəzərə alınmaqla müəyyən edilir.

Bölən təqvim günlərinin müəyyən edilməsi zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmiş və ya sosial sığorta stajı 6 aydan az olduğuna görə ödənilməmiş dövrlər, hamiləliyə və doğuma görə müavinət ödənilmiş və ya stajın azlığı səbəbindən ödənilməmiş məzuniyyət dövrləri, eləcə də qismən ödənişli sosial məzuniyyət dövrü ümumi təqvim günlərindən çıxılır.

Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda isə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 1 nömrəli əlavəsinə uyğun olaraq sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.

Belə ki, yeni qayda 2026-cı il 1 may tarixindən tətbiq edilir. Bu tarixədək baş vermiş və ya həmin tarixdən sonra davam edən sosial sığorta hadisələri üzrə ödənişlər isə həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək