Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 300 milyon dollarlıq ticarət -
300 milyon dollarlıq ticarət -
Cəmiyyət

300 milyon dollarlıq ticarət - Ermənistandan nə alacağıq?

Xpress.az Redaksiyası 30.04.2026 12:03

Ötən gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev nümayəndə heyəti ilə birlikdə İrəvana səfər edib. Səfər zamanı Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya üzrə işçi qruplarının görüşü keçirilib. Bundan əlavə Baş nazirin müavini erməni biznesmenlərlə görüş keçirib.

Məlumdur ki, Azərbaycan Ermənistana yükdaşımaların öz ərazisindən həyata keçirilməsinə icazə verməklə yanaşı, bu ölkəyə yanacaq məhsulları da satır.  Bundan əvvəl Ermənistan rəsmiləri Azərbaycanın bəzi erməni məhsullarının idxalına maraq göstərdiyini  bəyan etmişdilər.

Baş nazirin birinci müavinin erməni iş adamları ilə görüşündən sonra Azərbaycanın hansı erməni məhsullarına maraq göstərəcəyi xüsusi diqqət çəkir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, iqtisadi sahədə ən perspektivli sahə beynəlxalq yükdaşımalarla bağlıdır:

“Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Eyni zamanda Ermənistana daşınan yük daşımaları ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Elə bu faktor iki ölkə arasında iqtisadi əməkdaşlığın başlamasından xəbər verir. Təbii ki, Azərbaycan sülh gündəliyinə sadiq olaraq, bu istiqamətdə addımlar atır. Bu, eyni zamanda Azərbaycanın regionda sülh və əməkdaşlığa olan töhfəsidir. İqtisadi sahədə ən ciddi əməkdaşlıq sahəsi beynəlxalq yükdaşımalarla bağlıdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, əslində Azərbaycan üzərindən Ermənistana daha çox yüklərin daşınmasına, hər iki ölkənin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə gətirib çıxarır. Əslində, Zəngəzur dəhlizi bu istiqamətdə Ermənistan üçün də yeni imkanlar yaradır. TRIPP yolunun istifadəyə verilməsi regionda beynəlxalq yükdaşımaların istiqamətini və həcmini dəyişəcək. Orta Dəhlizin region üzrə imkanların genişlənməsinə gətirib çıxaracaq”.

Parlamentari vurğulayıb ki, iqtisadi sahədə digər mühüm istiqamət idxal və ixrac məsələləridir:

“Ermənistan və bizim qiymətləndirmələrimiz göstərir ki, ümumilikdə Ermənistanla Azərbaycan arasında təxminən 38 məhsul üzrə ticarətin qurulması mümkündür. İdxal və ixrac məhsullarına həm ərzaq, həm də qeyri-ərzaq məhsulları aiddir. Eyni zamanda sülh müqaviləsi bağlanarsa, Azərbaycanla Ermənistan tam iqtisadi əlaqələri bərpa edərsə, o zaman birinci mərhələdə illik olaraq 300 milyon dollarlıq ticarət dövriyyəsinin formalaşması mümkündür. Bu kontekstdən biz Ermənistanla ticarət dövriyyəsinin bərpası ilə bağlı müəyyən imkanların olduğunu görürük. Bunun üçün sülh müqaviləsinin bağlanması, münasibətlərin, iqtisadi əlaqələrin möhkəmlənməsi vacibdir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək