Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Mayda əfv olacaqmı?
Mayda əfv olacaqmı?
Cəmiyyət

Mayda əfv olacaqmı?

Xpress.az Redaksiyası 01.05.2026 16:12

Azərbaycanda 28 May - Müstəqillik Günü ərəfəsində əfv sərəncamlarının imzalanması artıq formalaşmış ənənə kimi müzakirə olunur. Bu baxımdan, Prezidnt İlham Əliyev tərəfindən 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan sərəncamla təxminən 634 məhkum əfv olunmuş, 2025-ci il mayın 26-da verilən növbəti sərəncamla isə 200-dən çox şəxs bu addımdan yararlanmışdı.

Bu ilin may ayında da əfv sərəncamının imzalanacağı əsas müzakirə mövzularındandır. Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a açıqlama verib.

Deputat  bildirib ki, əfv sərəncamlarının hazırlanması uzunmüddətli proses olduğundan may ayında belə bir qərarın verilməsi real görünmür. Onun sözlərinə görə, bu proses adətən azı iki ay əvvəl başlayır və minlərlə müraciətə baxılması vaxt tələb edir, həmçinin dövlətin müxtəlif qurumlarının iştirakı ilə həyata keçirilir.

Z. Oruc qeyd edib ki, 2025-ci ilin dekabrında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş geniş amnistiya aktı qəbul edilib və bu sənəd on minlərlə məhkumu əhatə edib, eyni zamanda həmin ilin may ayında da əfv sərəncamı imzalanmışdı.

Komitə sədri vurğulayıb ki, cəmiyyətdə gözləntilərin düzgün idarə olunması vacibdir, çünki əsassız ümidlərin yaradılması insanların məyusluğuna səbəb ola bilər. O əlavə edib ki, ilin sonuna doğru əfv və ya amnistiya ilə bağlı müəyyən müzakirələrin aparılması mümkündür, lakin bu barədə əvvəlcədən qəti fikir söyləmək çətindir. Deputat xatırladıb ki, əfv məsələsi birbaşa Prezident İlham Əliyevin səlahiyyətinə aid olan konstitusion məsələdir və yekun qərar dövlət başçısı tərəfindən verilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək